Bakıda sərnişin avtobusu 10-dan çox maşını əzdi - VİDEO

Bakıda sərnişin avtobusu 10-dan çox maşını əzdi - VİDEO 

CƏMİYYƏT

05.08.2024, 06:59

Bakının Yeni Yasamal ərazisində zəncirvari yol qəzası baş verib.

Mia.az xəbər verir ki, idarəetməni itirən sərnişin avtobusunun sürücüsü nəqliyyat vasitəsini yolun kənarında dayanan maşınlara çırpıb.

Nəticədə 10-dan çox avtomobilə ziyan dəyib. Əraziyə Dövlət Yol Polisi əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və təcili yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, sərnişin avtobusunun əyləc sistemində nasazlıq yaranıb(Report).

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR