AVRO-2024: Belçika millisi ilk oyunda məğlub olub

AVRO-2024: Belçika millisi ilk oyunda məğlub olub

İDMAN

17.06.2024, 23:46

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupunda daha bir oyun baş tutub.

Məlumata görə, günün ikinci matçında Belçika Slovakiya ilə üz-üzə gəlib.

Qarşılaşmanın taleyini bir qol həll edib. İvan Şrants 7-ci dəqiqədə Slovakiya yığmasına qələbə qazandıran qolun müəllifi olub.

E qrupunun ilk matçında Rumıniya Ukraynanı üç cavabsız qolla üstələyib.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR