Burak Yılmaz istefa verdi: “Bu hakimlərlə mümkün deyil”

Burak Yılmaz istefa verdi: “Bu hakimlərlə mümkün deyil” 

İDMAN

14.04.2026, 00:23

Türkiyə super liqasında çıxş edən “Qaziantep FK”nın baş məşqçisi Burak Yılmaz "Çaykur Rizespor"a 2-1 hesablı məğlubyyərdən sonra “od püskürərək” istefa verib.
Mia.az Türkiyə mediasına istiandla xəbər verir ki, 40 yaşlı istefasını qəzəbli bəyanatla açıqlayıb.
O bildirib ki, bu hakimlərlə matçlara çıxaraq dürüst, şəffaf oyun oynamaq mümkün deyil: "Hakimlər Komitəsinin rəhbəri Əli Kıran özünü tiran kimi aparır, tamamilə rahatdır. Onu kim qoruyur? Əlbəttə ki, böyük klublar onu qoruyur. TFF ilə sıxıntılı vəziyyətim var idi. Buna görə də “Qaziantep”ə qarşı kinlidirlər. TFF-dəki bəzi insanlar daim bizə qarşı təhdid dolu danışırlar. İndiyə qədər klubumuzun Prezidentinə söz verdiyim üçün susdurm. Bu komandadan cüzi maaş aldım, futbolçularınn maaş və bonuslarının ödənilməsini təmin etdim. Bu TFF, bu hakimlər, TFF daxilindəki qruplarla türk futbolunda inkişaf mümkün deyil. Baxın, bir gün əvvəl “Qalatasaray”ın oxşar epizodda qolu ləğv edilir. Ancaq eyni epozod üzrə bizə atlan qol qeydə alınır. Bu, necə olur axı?”.
Xatırladaq ki, Burak Yılmaz bu mövsüm ikinci dəfə “Qaziantep”dən istefa verir. Bundan əvvəl istefa versədə, klub onu geri qaytara bilmişdi.
Onu da bildirək ki, 10 qələbə, 4 heç-heçəylə komanda hazırda 34 xalla 11-ci yerdədir.
Fərid ASLAN
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR