Cənubi Qafqazda yeni təhlükə
YAZARLAR
26.06.2014, 20:34
Gürcüstan Respublikası iyun ayının 27-də Brüsseldə Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını, eləcə də azad ticarət haqqında müqaviləni imzalamağa hazırlaşır. Gürcüstan cəmiyyətinin böyük hissəsi bu günü ölkənin Avropa ailəsinə qayıdışının başlanğacı kimi dəyərləndirir və tarixi gün adlandırır.
Gürcüstan əhalisi arasında keçirilmiş son rəy sorğuları böyük əksəriyyətin Avropa Birliyinə və NATO-ya inteqrasiya tərəfdarı olduğunu bir daha təsdiqləyib. Hələ bir neçə həftə əvvəl Rusiyayönümlü qüvvələrin Gürcüstanın Avrasiya İqtisadi İttifaqına qoşulması üçün təşkil etdiyi dəstək aksiyasına cəmi 50-yə ya-xın adamın toplanması da bu Cənubi Qafqaz respubliksında qüvvələr nisbətinin hansı birlikdən yana olduğunu ortaya qoymuşdu. Ekspertlər hesab edirlər ki, Gürcüstanda Avrasiya İqtisadi İttifaqı tərəfdarlarının mövqeyinin zəifləməsinə səbəb Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın bəzi vilayətlərində separatizmi qızışdırmasıdır. Separatizmdən əziyyət çəkən Gürcüstanda indi çoxları anlayır ki, Rusiyanın 2008-ci ilin avqustunda hərbi müdaxiləsi o zaman prezident olan Mixail Saakaşvilinin anti-Rusiya əhval-ruhiyyəsinə verilən cavab deyil. Rusiyanın Ukraynaya müdaxiləsi Gürcüstan cəmiyyətində Saakaşviliyə tamamilə bəraət qazandırdı və buna görə də bu gün ölkə əhalisinin böyük əksəriyyəti hesab edir ki, ölkənin müstəqilliyinin yeganə zəmanəti Avropa Birliyinə və NATO-ya qoşulmaqdır. Gürcüstanın siyasi liderləri bunu açıq şəkildə bəyan edir və bildirirlər ki, onlar Avroatlantik məkana inteqrasiya yolundan dönməyəcəklər. Avroatlantik məkana inteqrasiya məsələsində son zamanlara kimi Saakaşvili iqtidarından daha ehtiyatlı mövqe tutan Gürcüstanın yeni hökumətinin öz mövqeyini sərtləşdirməsinin əsas səbəbi də Rusiyanın Ukraynaya yönəlik siyasətdir. Hakimiyyətdə olan "Gürcü arzusu" kolasiyasının mövqeyindəki bu dəyi-şikliyi Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətinin Gürcüstanın siyasi dairələrini qorxutması ilə izah edilir. Rəsmi Tiflis bunu gizlətmək də istəmir. Belə ki, Gürcüstan parlamentinin sədri David Usupaşvili Avropa Komissiyasının prezidenti Joze Manuel Barozzo ilə görüşündə bəyan edib ki, onun ölkəsi məhz Rusiya təhlükəsinə görə NATO-ya qoşulmağa can atır. Əgər Rusiya Gürcüstanın NATO-ya qoşulmasını istəmirsə, ona təhlükə törətməməlidir. Dünyada ən gənc hökumət rəhbəri olan İrakli Qaribaşvili də başçılıq etdiyi hökumətin əsas vəzifəsinin Avropa Birliyinə inteqrasiya və NATO-ya üzvülük olduğunu açıq bəyan edir. Baş nazir Qaribaşvilinin Vaşinqtona rəsmi səfəri zamanı ABŞ prezidenti Barak Obama və vitse-prezident Co Bayden Gürcüstanın NATO-ya üzv olmasına Vaşinqtonun tam dəstək verəcəyini, Şimali Atlantika Al-yansının isə Gürcüstanı BMT tərəfindən tanınmış sərhədlər çərçivəsində öz sırasına qəbul edəcəyinə inandıqlarını bildiriblər. Gürcüstanda isə ölkənin ərazi bütövlüyünün məhz NATO və Avropa Birliyinin köməyi ilə həll etməyin mümkünlüyünə inanırlar. Əgər Gürcüstan NATO-ya BMT-nin tanıdığı sərhədlər çərçivəsində qəbul olunsa, Rusiya Cənubi Osetiya və Abxaziyadan çıxmaq məcburiyyətində qalacaq. Rəsmi Tiflis də məhz buna can atır. Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasəti Gürcüstanın siyasi dairələrini qorxutduğu kimi, bu ölkə-nin xeyrinə işlədi. İndi Qərbdə NATO-nun Şərqə doğru genişlənməsinə qarşı çıxan qüvvələrin mövqeləri zəifləyib. Əksinə olaraq, NATO-nun Şərqə doğru genişlənməsinin tərəfdarlarının mövqeləri güclənib. NATO-nun genişlənməsinin tərəfdarları Gürcüstanın Şimali Atlantika Alyansına qəbulunu sürətləndirməyi tələb edirlər. Bundan başqa, Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasəti və faktiki olaraq münaqişəyə cəlb olun-ması Gürcüstanın rəsmi Moskvanın cəza tədbirlərindən yayınmasına səbəb olub. Rusiyanın eyni zaman-da, bir neçə ölkəyə qarşı mübarizə aparmaq gücünün olmaması, belə bir addımı atacağı təqdirdə ABŞ-ın daha sərt sanksiyaları ilə üzləşə biləcəyindən yaranan qorxu da Moskvanı hələlik Gürcüstanı sakit buraxmağa vadar edir. Məlumdur ki, ABŞ Ukrayna hadisələrinə görə Rusiyaya qarşı sərt sanksiyalar hazırlayır və Avropa Birliyi üzvüləri arasındakı fikir ayrılığına görə hələlik bu sanksiyaların tətbiq olunması ləngiyir. Rusiyanın Gür-cüstana qarşı hər hansısa cəza tədbiri görməsi Avropa Birliyi üzvüləri arasındakı fikir ayrılığının aradan qalxmasına səbəb ola bilər və bu, Rusiyanı diz çökdürəcək sanksiyaların tətbiqinə "yaşıl işıq" yandırar. Bunu Brüsseldə və Moskvada yaxşı başa düşürlər. Ona görə də Avropa Komissiyasının prezidenti Joze Manuel Barozzo rəsmi Moskvaya xəbərdarlıq edib ki, iyulun 27-də Avropa Birliyi ilə Assosiasiya Razılaş-masını imzalayacaq Gürcüstan və Moldovaya qarşı hər hansısa cəza tədbiri görməkdən çəkinsin. Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Gürcüstan və Moldovanı Avropa Birliyi ilə azad ticarət haqqında müqavilə imzalamaqdan çəkinməyə çağırması isə rəsmi Tiflisin mövqeyinə təsir edə bilməz. Gür-cüstanda yaxşı bilirlər ki, Rusiyanın başı Ukraynaya qarışdığı müddətdə, Gürcüstan təhlükədən uzaqdır. Rusiyanın Xarici işlər nazirinin bu xəbərdarlığı isə heç kimin mövqeyinə təsir etməyən söz yığnağından başqa bir şey deyil. Avroatlatik strukturlara inteqrasiya məsələsində vahid mövqe nümayiş etdirən Gürcüstanın hakim siyasi koalisiyası və əsas müxalifət partiyası birlikdə gürcü xalqının arzusunu reallaşdırmaqda qərarlıdır və belə görünür ki, onları hansısa bəyanatla yollarından döndərmək mümkün olmayacaq. Rusiyanın mümkün cəza tədbirindən çəkinmədən Avroatlantik strukturlara inteqrasiya yolunda qərarlı addımlar at-maqda davam edən Gürcüstanda Avropa Birliyi ilə azad ticarət əlaqələrinin müsbət tərəfləri ilə yanaşı, bir sıra çətinliklər də doğuracağını bilir və bundan çəkinmirlər. Gürcüstan rəsmiləri hesab edirlər ki, Avropa Birliyi ilə azad ticarət rejiminin tətbiqi ixracatın artmasına səbəb olacaq. Hazırda Gürcüstanın xarici ticarət dövriyyəsində çox böyük mənfi saldo var. Gürcüstan hökumətinin hesablamalarına görə, Avropa Birliyi ilə azad ticarət ixracatın artmasına, xarici ticarətdəki mənfi saldonun azalacağına səbəb olacaq. Ancaq əksər müəssisələrin yenidən qurulmasına ehtiyacın yaranacağını bilən Gürcüstan hökuməti bu problemi də Qərbdən cəlb ediləcək sərmayə və texnologiya hesabına həll etməyi düşünür. Gürcüstanın bu istəyinin Qərb tərəfindən anlayışla qarşılanacağı gözlənilir. Hələ Gürcüstan Avropa Birliyi Assosiasiya Razılaşmasını və azad ticarət haqqında müqavilələri imzalamamış Qərb bu ölkədə böyük iq-tisadi form təşkil edərək, sərmayə cəlb etməyə çalışır. Gürcüstan hökuməti Qərbin köməyi ilə təhsil və elm sahələrində də inkişafa nail olcağına ümid edir. Lakin Gürcüstanda Avropa Birliyi ilə azad ticarət rejiminin tətbiqinin bir sıra çətinliklər doğuracağını da dü-şünür və bundan çəkinmirlər. Rəsmi Tiflis hesab edir ki, yüksək standartlı Avropa məhsulları ilə rəqabət aparmaq Gürcüstan istehsalı üçün çətin olacaq. İstehsal sahələrinin yenidən qurulması ilə yaxın 3-5 ildə Gürcüstanın rəqabətə davamlı məhsullar istehsal edəcəyini və bununla sağlam iqtisadiyyata sahib ola-caqlarını proqnozlaşdırırlar. Gürcüstanın bir neçə gündən sonra Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını və azad ticarət haqqında müqaviləni imzalaması Cənubi Qafqazda yeni siyasi vəziyyət yaradacaq. Əgər payızda Gürcüstanın NATO-ya üzv qəbul olunmasının yolunu açan hərəkət planı rəsmi Tiflisə təqdim olunsa, bu məsələ də Cənubi Qafqazdakı vəziyyətə ciddi təsir göstərəcək. Əgər Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olmasını da nəzərə alsaq, Cənubi Qafqazda çox mürəkkəb siyasi və iqtisadi vəziyyətin yarancağını aydın görə bilərik. Rusiya Avrasiya İqtisadi İttifaqına daxil olmayan ölkələrlə ticarətdə bir sıra məhdudiyyətlər tətbiq edəcəyini, Gürcüstanın Avropa Birliyi ilə azad ticarət müqaviləsini imzalayacağı təqdirdə Azərbaycanın da bu ölkə ilə istisadi münasibətlərinə yenidən baxmalı olacaq. Belə görünür ki, Azərbaycan Rusiyanın yaratdı-ğı Avrasiya İqtisadi İttifaqı ilə Avropa Birliyinin arasında qalacaq. Bunun çox mənfi iqtisadi nəticələrinin olacağı gözlənilir. Digər tərəfdən, Gürcüstanın NATO-ya üzvlük prosesi başlasa Şimali Atlantika Alyansının hərbi qüvvələri sərhədlərimiz yaxınlığında peyda olacaq. Belə prespektivə indidən çox kəskin reaksiya verən Rusiyanın Azərbaycanın ərazisində öz silahlı qüvvələrini yerləşdirməyə cəhd edəcəyini gözləmək olar. Belə görünür ki, Cənubi Qafqazda yaranmaqda olan yeni siyasi, iqtisadi və hərbi vəziyyət ən çox Azərbaycana təhlükə törədə bilər. Azərbaycanda isə, deyəsən, çox az adam bunun fərqindədir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ağdərədə mina partladı: 21 yaşlı şəxs yaralanıb - Birgə məlumat yayıldı
Bugün, 10:51 GÜNDƏM
-
Məşhur hücumçu türk məşqçidən küsüb: "Onun olduğu yerdə mən yoxam!"
Bugün, 10:21 İDMAN
-
Azərbaycanla İordaniya arasında viza rejimi ləğv ediləcək
Bugün, 10:08 GÜNDƏM
-
Trampa belə sual verildi: "İranla müharibəyə girməyinizə peşmansınızmı?"
Bugün, 10:08 DÜNYA
-
Hikmət Hacıyev: "Qarabağ və Şərqi Zəngəzur əsl dirçəliş dövrünü yaşayır"
Bugün, 09:59 SİYASƏT
-
İSTANBULDA NARKOBARON BELƏ SAXLANILDI - FOTOLAR
Bugün, 09:36 KRİMİNAL
-
Quba–Xınalıq yolu çəkdü - İTV süjet hazırladı + VİDEO
Bugün, 09:27 CƏMİYYƏT
-
Azərbaycan nefti daha 6 dollardan çox qalxdı - Qara qızılın qiyməti 120 dollara çatır
Bugün, 09:20 İQTİSADİYYAT
-
DÜNYA YENİ BÖHRANA SÜRÜKLƏNİR, VƏLİƏHD TRAMPA ARD-ARDA İKİ ZƏNG ETDİ: "Bizi onlardan qoruyun" - Dünya ticarətində tarazlıq çökür
Bugün, 09:02 GÜNDƏM
-
“Məkkə İttifaqı” ciddi sınaq qarşısında: İsrail Dəməşqin 35 km-də, Husilər isə... - TƏHLİL
Bugün, 08:57 SİYASƏT
-
58 ölkə və 9 beynəlxalq təşkilatın 150 nəfərdən ibarət heyəti Qarabağ bölgəsinə yollanıb - Hikmət Hacıyevin müşayiəti ilə
Bugün, 08:54 GÜNDƏM
-
Çempionlar Liqası: ingilislər "Sabah"ı "sökdü" (YENİLƏNİB)
Bugün, 00:50 İDMAN
-
Rusiya Ukraynanı bombalayır - Kiyev alova bürünüb, bir qəsəbədə isə...
Bugün, 00:47 GÜNDƏM
-
27 yaşlı bloger öldü - Plastik əməliyyatdan sonra
Bugün, 00:40 PRESS
-
Hakim partiyadan Mənsur Yavaşın Ərdoğanla görüşü barədə - Açıqlama
Bugün, 00:07 SİYASƏT
-
Əziz Yıldırımdan baş məşqçinin istefa bəyanatına reaksiya: "Başına butulka atdlar, ondan yana..."
Bugün, 00:06 İDMAN
-
Əlcəzairlə BƏƏ arasında gərginlik pik həddə - Bu gecədən hava məkanı da bağlanır
Bugün, 00:05 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
"Fənərbağça"nın Baş məşqçisi istefa verdi: "Bir daha heç vaxt geri qayıtmayacağam"
10.09.2026, 22:56 İDMAN
-
Çempionlar Liqası: "Fənərbağça" "Roma"dan xal aldı
10.09.2026, 22:39 İDMAN
-
Türkiyədən qaçmaq istəyən FETÖ şübhəliləri dənizdə saxlanılıb
10.09.2026, 22:01 KRİMİNAL
-
ÇL: "Mançester Yunayted" -"Sabah" komandalarının start heyətləri açıqlanıb
10.09.2026, 21:59 İDMAN
-
İranda dövlətə məxsus konfrans zalları da bağlanacaq - Pezeşkian qənaət rejimi barədə anons verdi
10.09.2026, 18:57 DÜNYA
-
Sentyabrın 6-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub
10.09.2026, 18:12 GÜNDƏM
-
Jurnalistə qarşı məhkəmədə elə ifadələr verildi ki...
10.09.2026, 18:01 PRESS
-
Qardaşından Şeyxin şəxsi təyyarəsi barədə iddialara - Reaksiya
10.09.2026, 17:51 SİYASƏT
-
“100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü” - Müğənni Niyamidən açıqlama + VİDEO
10.09.2026, 17:44 MƏDƏNİYYƏT
-
Arda Gülər "Real Madrid"lə müqaviləsini uzadır
10.09.2026, 17:37 İDMAN
-
Xumar Qədimovanın səmimi görüntüləri diqqət çəkdi - VİDEO
10.09.2026, 17:26 ŞOU-BİZNES
-
Kəmalə Qaramollayevanın Sahib İbrahimovla rəqsi gündəm oldu - VİDEO
10.09.2026, 17:20 ŞOU-BİZNES
-
Naxçıvan Həmkarlar İttifaqı sədrinin milyonluq imperiyası - SİYAHI
10.09.2026, 17:17 SİYASƏT
-
İnsan öləndən sonra saç və dırnaqlar uzanır?
10.09.2026, 17:07 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
10.09.2026, 17:00 İQTİSADİYYAT
-
İstanbulda kirayəçi qətliam törətdi: ev sahibləri öldürüldü, vəkil ağır yaralandı
10.09.2026, 16:59 KRİMİNAL