Rusiya donanmasının qərargahına raket zərbəsi endirilib - Qubernatordan sakinlərə xəbərdarlıq

Rusiya donanmasının qərargahına raket zərbəsi endirilib - Qubernatordan sakinlərə xəbərdarlıq

DÜNYA

22.09.2023, 17:09

Rusiyanın Qara dəniz donanmasının Sevastopoldakı qərargahına raket hücumu olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Sevastopolun Rusiya tərəfindən təyin olunan qubernatoru Mixail Razvojayev açıqlama verib.

O bildirib ki, zərbəni Ukrayna ordusu endirib: "Düşmən (Ukraynanı nəzərdə tutur - Mia.az) hərbi-dəniz qərargahına raket zərbəsi endirib. Onlardan biir də Lunaçarski teatrının yanına düşüb..."

Hadisə yerinə bütün fövqəladə hallar xidmətlərinin göndərildiyi deyən R.Razvocayev bildirib ki,  öln və yaralıların olub-olmaması barədə dəqiqləşmə aparılır: "Camaatdan xahiş edirk ki, hadisə yerindən foto və videolar çəkib sosial şəbəkələrdə paylaşmasınlar. Çünki növbəti raket hücumu ola bilər.

Vətəndaşlara üz tutb xahiş edirəm:  şəhərin mərkəzinə toplanmayın, evinizdə qalın!".

Xatırladaq ki, Rusiya 2014-cü ildə Krımı və Sevastopolu ilhaq edib.

Zülfiyyə

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR