Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MƏDƏNİYYƏT
22.10.2021, 00:03
Qoç - İşinizi konstruktiv şəkildə başa vurmaq istəyirsinizsə, nizam və intizama riayət edin. Gərəkli zənglər edin, məktublar yollayın. Sizinlə əlaqə saxlamaq istəyən insanlarla danışın. Səhvlərin aradan qaldırılması, sərfəli ola biləcək əlaqələrin bərpası üçün vaxta qənaət etməyin.
Bu gün yerdəyişmələr çox olacaq. Özünüzü rahat hiss etmək üçün zəruri tədbirlərə əl atın.
Günün ikinci yarısı hazırlıq işləri üçün əlverişli zamandır.
Yaşam arealınızda zəruri yerdəyişmələr və yeniliklər barədə düşünün. İnformasiya toplayın.
Buğa - Yerinə yetirə biləcəyinizdən artıq işlərlə qarşılaşacaqsınız. Daha sürətli çalışın, eyni zamanda bir neçə istiqaməti nəzarətdə saxlayın. Yeni mövzu və ya təklif əsas planların çərçivəsinə uyğun deyilsə, şirin vədlərə aldanmayın. Əsas tədbirləri vaxt ehtiyatını nəzərə alaraq planlaşdırın. Situasiyaya qəfil şərtlər qarışa bilər.
Günə pozitiv təmayüllərin təsiri çoxdur.
İnformasiya və məlumatlarla iş, toplantı, yazışma yaxşı nəticələr verəcək.
Məqsədlər uyğun olarsa, qarşılıqlı anlaşma asanlıqla yaranacaq. Problemlərə qarşı müqavimət göstərmək əvəzinə, onların səbəblərini və mahiyyətini araşdırın. Belədə rəqibləri üstələyərək mənfəət əldə edə bilərsiniz.
Əkizlər - İkinci dərəcəli işlərlə məşğul olmaq zamanı deyil. Uğur qazanmaq üçün bütün gərəkli tədbirləri görüb-görmədiyinizi aydınlaşdırın. İdeya və niyyətlərinizi səbatlı edin, yaranan imkanlardan istifadə edin.
İnformasiyanın daxil olduğu kanalları genişləndirin. Əlaqə saxlamalı, yazmalı, görüşməli insanları müəyyənləşdirin. Yaxın ətrafınızdakı insanlarla təmaslarınız effektiv olacaq. Payınıza düşən işləri bir qədər də artıracaq səfər və ya xəbər ola bilər.
Gərəksiz, vaxtı keçmiş nəsnələrdən qurtulun. Həyatınıza yeni emosiyalar və hisslər qatın.
Axşam saatlarını dostlarınızla keçirin.
Xərçəng - Günün maraqları, şərtləri və qayğıları sizdən aktiv, hətta həddən ziyadə aktiv davranış tələb edir. Sizi bir an da boş buraxmaq istəmirlər: çox adama gərəksiniz. Kiməsə yardım edəcəksinizsə və ya artıq edibsinizsə, minnətdarlıq gözləməyin. Tanıdığınız insanlar indi öz şəxsi məsələlərinin həlli ilə məşğuldurlar.
Tanışlar və həmkarlar problemlərin həllində kreativ yanaşma nümayiş etldirirlər.
İnformasiya, yazışma, planların dəqiqləşdirilməsi üçün yaxşı vaxtdır.
Axşam saatları istirahət, əyləncə üçün sərfəlidir.
Səhhətinizə fikir verin.
Yeni pəhrizə başlamaq olar.
Şir - Yeni layihəyə başlamaq olar. Cari işlərdə xırdalıqlara izafi diqqət yetirməyin. Eyni vaxtda bir neçə işin hazırlıqlarına start verməyin. Həyat sizin çevikliyiniz və yaxşı reaksiyanızı yoxlayacaq.
Çoxdan bəri yarımçıq qalan, sürəkli təxirə salınan işi başa çatdırmaq və daha maraqlı işlərə başlamaq olar.
Alınan məlumatları qaydaya salın. İş yerində daha rahat, asudə şərait yaradın. Məhz belə davransanız, sabah yeni planları gerçəkləşdirmək olar.
Axşam saatlarında dostların əyləncə təklifini qəbul edin.
Qız - Gərgin dövrün bitməsinə az qalıb. Səhər saatlarından etibarən işlərinizdə qayda yaradın, prosesləri nizamlayın. Əgər plan və niyyətlərinizdə qeyri-müəyyənliklər yaranıbsa, sizi narahat edən məsələ ilə bağlı maksimum informasiya əldə etməyə çalışın.
Daxili gərginliyi azaltmaq, proseslərlə bağlı konkretliyə nail olmaq, suallara cavab almaq mümkündür.
Ətrafınızdakı insanlar arasında tələsiklik və nigaranlıq ifrat dərəcəyə çatmasın deyə, onların problemlərinin həllində iştirak edin. Bəzi adamların sözləri və davranışlarındakı nüanslar sizə yaşananları daha yaxşı anlamağa şərait yaradacaq.
Emosiyalarınızın əsiri olmayın. Mənasız əlaqələr və effektivliyini itirmiş təmaslardan qurtulun.
Tərəzi - Aktiv, qarışıq və hadisələrin birmənalı olmayan məcrada cərəyan etdiyi gündür. Şərtlər sizi ideyalarınızı dəstəkləyəcək adamı aramağa vadar edə bilər. Çətin durumda köməkçiyə ehtiyac var.
Uzaqdan məsləhət və yardım gələ bilər.
Danışıqlar və ünsiyyətdə həssas, soyuqqanlı olsanız, perspektivdə uğura bel bağlaya bilərsiniz. Həmkarlar və dostlarla ünsiyyət sizə çoxlu müsbət emosiya bəxş edəcək. Yaşamınız yeni hadisələrlə zənginləşəcək. Sürprizlər, xoş həyəcan, romantik münasibətlərin başlanması istisna deyil.
Əqrəb - Çətin, amma uğur vəd edən gündür. Çoxsaylı müxtəlf işləri həll etməli olacaqsınız. İşlər az olmasa da, vaxt keçdikcə həll ediləsi məsələlərin sayı artacaq. Danışıqlar aparmalı, yazışmalı, kiminləsə müzakirələrə qatılmalısınız.
Axşam saatlarında istirahət etməyə çalışın. Fiziki hərəkətlərdə fayda var.
Yaxşı anlaşdığınız insanla ünsiyyəti seçin. Gələcəklə bağlı ümumi planları nəzərdən keçirin.
Oxatan - Enerji artımı və fəallıq işgüzarlıq qabiliyyətlərinizlə məziyyətlərinizə müsbət təsir edəcək. Qətiyyətlə, inadla çalışın, planları tərəfdaşla aktiv müzakirə edin.
İndi "məhsul yığımı" vaxtıdır. Gələcək məqsədlər və layihələrin təməli qoyulur.
Gərgin dövrün başa çatmasına az qalıb. Nəticələri təhlil edin, yekun qərarları formalaşdırın. Alınmış məlumatlar və keçirilən görüş yaşananlarla bağlı dürüst təhlilə səbəb ola bilər. Fəal olun, süst davranmayın.
Oğlaq - Səy və qüvvəni bir istiqamətdə cəmləşdirmək çətin olsa da, əziyyətə qatlaşın və irəliləyin. Yeni işlər və qayğılar yağışdan sonra göbələk kimi artır. Tərəfdaş və şərik isə sizdən daha çox nəticə tələb edir. Yaşananlara soyuqqanlı baxın, təmkinli olun. İşinizin keyfiyyətini yaxşılaşdırın. Yerdə qalanlar günün ikinci yarısında konkretləşəcək.
Bu gün fəaliyyət sahəsinin müəyyən müstəvisini qaydaya salmaq, informasiyanı sistemləşdirmək olar. Nigaranlıq və təşviş varsa, bir qədər istirahət edin.
Səmimi, qayğıkeş olun ki, situasiyaların qəfil döngələrində məzmunla batini hiss edə biləsiniz. Ətrafınızdakı insanlarla diqqətlə davransanız, münasibətlər yaxşılaşacaq.
Dolça - Müstəqil və təkbaşına çalışsanız, işlərin effektivlik səviyyəsi yüksək olmayacaq. Süst və ətalətli davranmayın. Aktiv olun, ətrafınızdakı insanlarda xoş təəssüratlar yaradın. Əhval-ruhiyyəniz və məhsuldarlığınız səylərinizdən asılıdır.
İşgüzar səfər, danışıqlar, yazışma müsbət nəticələr verə bilər.
Sözlə çalışanları irəliləyiş gözləyir. İşgüzar danışıqlar prosesi aktivləşir. Baş verənlərə münasibətinizi dəyişə biləcək yeni detallar peyda olacaq. Axşam saatlarında aktiv istirahəti seçin.
Balıqlar - Müəyyən mövzuda səylər, nəticələrin nəzərdən keçirilməsi, uğurların dəyərləndirilməsi zamanıdır. Uzun müddətdən bəri gözlədiyiniz məlumatı alacaqsınız. Görüş, yazışma, müzakirələr və ünsiyyət üçün uğurlu gündür. Yaşam və ya iş məkanında yaradıcı yeniliklər etmək olar.
Evdə təftiş aparın və belədə yeni planlar sizi çox gözlətməyəcək.
Ailədə planları, uzaq perspektivlərlə bağlı qərarları müzakirə edin. Münasibətlər normada deyilsə, hissləri yeniləyin, yeni məqsədləri bəyan edin və konkret addımlar atın.
Milli.Az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:05 MƏDƏNİYYƏT
-
Diplomat və hərbi attaşelər "İstisu" zavodunda - FOTOLAR
12.09.2026, 21:36 GÜNDƏM
-
Xarici İşlər Nazirliyi məlumat yayıb
12.09.2026, 18:09 SİYASƏT
-
Hikmət Hacıyev diplomatların qarşısında erməni yalanını belə ifşa etdi - VİDEO
12.09.2026, 14:40 SİYASƏT
-
Diplomatlar Gəncəsər Monastır Kompleksində - VİDEO
12.09.2026, 13:16 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
12.09.2026, 13:09 CƏMİYYƏT
-
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü
12.09.2026, 11:01 İQTİSADİYYAT
-
Burla xatun, Gülya, Cəbiş müəllimin arvadı... - Şəfiqə Məmmədova haqqında nəyi bilirik?
12.09.2026, 10:53 MƏDƏNİYYƏT
-
"Məleykə Abbaszadəyə hər zaman hörmətlə yanaşmışam və..." - Misir Mərdanov fikirlərinin təhrif edildiyini deyir
12.09.2026, 10:09 SİYASƏT
-
“ASAN Kommunal” mərkəzinin yerləşdiyi bina kimindir? - 660 min manatlıq sövdələşmə barədə maraqlı faktlar yayıldı
12.09.2026, 09:07 CƏMİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
12.09.2026, 00:02 CƏMİYYƏT
-
İranın dəstəklədiyi Husilər Səudiyyə Ərəbistanını "dalan"a dirədi: "Şərq-Qərb boru kəməri qapadıldı"
11.09.2026, 23:21 GÜNDƏM
-
"Fənərbağça"dan Baş məşqçi ilə bağlı daha bir - Açıqlama
11.09.2026, 23:14 İDMAN
-
Abdullah Öcalana adada villa tikilib: bağlı-bostanlı və... - Nələr yoxdur ki...
11.09.2026, 23:03 SİYASƏT
-
Ərdoğan adını daşıyan universiteti ziyarət edib - FOTO
11.09.2026, 19:44 GÜNDƏM
-
Norveç Şahzadəsi vəfat etdi - 94 yaşında
11.09.2026, 18:48 DÜNYA
-
İmamoğluna artıq siyasi fəaliyyət qadağası qoyuldu, iş kəsildi - Məhkəmə iki dəfə bəraət aldığı qərarı dəyişdirdi, zalda gərginlik böyüdü
11.09.2026, 18:22 SİYASƏT
-
"Fənərbağça"da İsmayıl Kartal dövrü başa çatdı - Baş məşqçi geri dönmədi
11.09.2026, 18:00 İDMAN
-
Aqrar Xidmətlər Agentliyində yeni təyinat olub
11.09.2026, 17:58 İQTİSADİYYAT
-
Prezidentdən daha bir sərəncam - Mərkəz və Agentliyə yeni səlahiyyət verildi
11.09.2026, 17:55 İQTİSADİYYAT
-
Prezident daha üç nəfərə vəzifə verdi (YENİLƏNİB)
11.09.2026, 17:27 GÜNDƏM
-
Prezident Fərid Şəfiyevi yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAM
11.09.2026, 17:17 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
11.09.2026, 17:00 İQTİSADİYYAT
-
Hava ilə bağlı - Xəbərdarlıq
11.09.2026, 16:54 GÜNDƏM
-
58 ölkə və 9 beynəlxalq təşkilatın 150 nəfərdən ibarət heyəti Qarabağ bölgəsində... - Hikmət Hacıyevin müşayiəti ilə + FOTOLAR (Yenilənib)
11.09.2026, 16:26 GÜNDƏM
-
Əli Əsədov İqtisadi Şuranı topladı: nələr müzakirə olundu?
11.09.2026, 16:08 İQTİSADİYYAT
-
Husilərlə bacarmayan Səudiyyə, savaşa meylli Pakistan, susqun Türkiyə, arxada gizlənən İran... - DÜNYANIN GÖZÜ YƏMƏNƏ ÇEVRİLİB
11.09.2026, 16:00 GÜNDƏM
-
RƏSMİ MOSKVA DAHA BİR ÖLKƏNİ HƏDƏLƏDİ: "Əgər bir ölkənin bizə qarşı nüvə təhdidi olacaqsa, niyə boş dayanmalıyıq ki?"
11.09.2026, 15:59 GÜNDƏM
-
Pakistan: "ABŞ və İranın yenidən danışıqlar masasına qayıtması üçün əlimizdən gələni edirik"
11.09.2026, 15:52 DÜNYA
-
Kolleclərdə boş qalan yerlər: qəbulun nəticələri açıqlanıb
11.09.2026, 15:44 GÜNDƏM
-
ABŞ-ın ölkəsindən qaçırdığı Maduronun həyat yoldaşı ev dustaqlığına buraxılacaq? - Vəkillər vəsatət verdi
11.09.2026, 15:32 GÜNDƏM
-
“Tamaşaçı üçün nə fərqi var ki, məni yutubda izlədi, yaxud da televiziyada?”
11.09.2026, 15:30 PRESS
-
Deputat: "Allahla kimsə müqavilə bağlayıb ki, nə vaxt vəfat edəcək?"
11.09.2026, 15:26 MƏDƏNİYYƏT
-
Xalq artistinin qızının keçmiş nişanlısı: "Məni qınayanların başına və balasının başına gəlsin"
11.09.2026, 15:23 ŞOU-BİZNES