Ermənilər Bərdənin kəndlərini ağır artilleriyadan atəşə tutmağa başlayıb

img

30-09-2020 [15:01]


Ermənilər Bərdənin kəndlərini ağır artilleriyadan atəşə tutmağa başlayıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, işğalçı ordunun hərbçiləri rayonun Xan Ərəb kəndinə beş ədəd top mərmisi atıb. Mərmilərdən dördü əkin sahələrinə, biri isə kənd sakini İsmayılov Adışirin Xasay oğlunun həyətinə düşüb.

Nəticədə iki baş iribuynuzlu heyvan tələf olub, biri isə qəlpə yarası alıb. Mərmi düşən vaxtı evdə səkkiz nəfər olub, xəsarət alan olmayıb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA