Mikayıl Cabbarov Daşkəsəndə “Daşkəsən” dəmir filizi və “Çovdar” qızıl yataqlarında olub - FOTOLAR
İQTİSADİYYAT
24.09.2020, 16:18
Prezident Ilham Əliyevin 1 sentyabr 2020-ci il tarixli sərəncamına əsasən, metallurgiya kompleksində sağlamlaşdırma və inkişaf tədbirlərinin həyata keçirilməsi məqsədilə ölkə ərazisində əlvan metal filizi yataqları ilə bərabər, dəmir filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, habelə bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və sahənin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi “AzerGold” QSc-yə həvalə edilib.
Mia.az İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, dövlət başçısının müvafiq sərəncamının icrası vəziyyəti ilə tanış olmaq məqsədilə nazir Mikayıl Cabbarov Daşkəsən rayonunda “Daşkəsən” dəmir filizi və “Çovdar” qızıl yataqlarında olub.
Əvvəl “Daşkəsən” dəmir filizi yatağına və filizsaflaşdırma sahəsinə baxış keçirilib. “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov yatağın yenidən istismara verilməsi üçün ilkin qiymətləndirmə sənədinin hazırlanması çərçivəsində aparılacaq geofiziki tədqiqatlar və geoloji kəşfiyyat işləri barədə ətraflı məlumat verib. O, qeyd edib ki, geoloji kəşfiyyat işlərinin yekunu olaraq yatağın geoloji modelləri tərtib edilərək, mövcud resurs və ehtiyatları beynəlxalq JORC standartlarına uyğun yenidən qiymətləndiriləcək. Proqram çərçivəsində kəşfiyyat işlərinin 2021-ci ilin birinci yarısında, araşdırma və ilkin qiymətləndirmə üzrə hesabatın isə həmin ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur.
M.Cabbarov “Daşkəsən” yatağının yerli xammala əsaslanan, idxalı əvəzləyəcək, eləcə də ixrac potensialı olan polad məhsulların istehsalı üçün böyük perspektiv vəd etdiyini vurğulayıb. Nazir yatağın yenidən istismarının ölkənin qərb bölgəsinin sosial-iqtisadi inkişafına müsbət təsir etməklə yanaşı, dağ-mədən sənayesinin, eləcə də metallurgiyanın qeyri-neft sektorundakı mövqeyinin güclənməsinə səbəb olacağını bildirib. İqtisadiyyat naziri dəmir filizi yatağında işlərin ən müasir standartlar və qabaqcıl beynəlxalq texnologiyalar tətbiq edilməklə qurulmasının vacibliyini qeyd edib. Yatağın yenidən istismarının yeni iş yerlərinin açılması baxımından əhəmiyyətini vurğulayan nazir prosesin insan kapitalının inkişafına da xüsusi töhfə verəcəyini diqqətə çatdırıb.
Sonra sahədə yerləşən filizsaflaşdırma kombinatına baxış keçirilib. Nazir uzun müddətdir ki, istifadəsiz qalan müəssisənin mövcud vəziyyəti ilə tanış olub, görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini çatdırıb. Bildirilib ki, görülən işlər həm rayonun, həm də ümumilikdə qeyri-neft sektorunun inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.
İqtisadiyyat naziri səfər zamanı kombinatın əməkdaşları ilə də görüşüb. Görüş zamanı müəssisənin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev görülən işlərin istər rayonun, istərsə də ümumilikdə qərb bölgəsinin sosial-iqtisadi inkişafına müsbət təsir edəcəyini, inkişaf üçün yeni perspektivlər yaradacağını qeyd edib.
İqtisadiyyat naziri “AzerGold”un "Çovdar" filiz emalı sahəsində də olub. Yatağın istismarı nəticəsində əldə edilmiş iqtisadi göstəricilər barədə nazirə məlumat verilib. Qeyd olunub ki, fəaliyyətdə olduğu 4 il ərzində QSC həm maliyyə sabitliyi, həm də əməliyyat effektivliyi istiqamətində ciddi uğurlara nail olub. Bu müddət ərzində “Çovdar” mədənindən hasil edilmiş 202 min unsiyadan çox qızıl, 350 min unsiyadan artıq gümüşün ixracı nəticəsində ölkə iqtisadiyyatına 493 milyon manata yaxın vəsait cəlb olunub. Bu vəsaitin 36,7 milyon manatı vergi və sosial köçürmələr şəklində dövlət büdcəsinə ödənilib. Bildirilib ki, 2016-2019-cu illər ərzində səmərəli fəaliyyət nəticəsində 35 milyon manat həcmində bölüşdürülməmiş mənfəət formalaşıb ki, bu məbləğin də 15 milyon manatı nizamnamə kapitalının artırılmasına yönəldilib.
Sonra “Çovdar” filiz emalı sahəsində istehsalat zəncirinin bütün mərhələlərini özündə əks etdirən təqdimat nümayiş etdirilib, “AzerGold”un yaxın perspektivdə istismar etməsi nəzərdə tutulan yataqlar barədə məlumat verilib, hazırda davam etdirilən geoloji kəşfiyyat işləri, eləcə də ətraf mühitin mühafizəsi və korporativ sosial məsuliyyət siyasəti çərçivəsində icra olunan layihələrlə bağlı təqdimatlar edilib.
İqtisadiyyat nazıri həmçinin, mədən ərazisində süxurların partladılması, metal tökümü və xəlitələrin hazırlanması prosesi ilə əyani tanış olub.
Sonda “Çovdar” yatağının yaxınlığında yerləşən və hazırda istismarına hazırlıq görülən “Ağyoxuş” qızıl yatağı ümumi baxış nöqtəsindən müşahidə olunub, bu istiqamətdə aparılan işlər müzakirə edilib.
Xatırladaq ki, ölkə prezidentinin 6 avqust 2020-ci il tarixli sərəncamına uyğun olaraq, “AzerGold” “Daşkəsən” dəmir filizi yatağının yenidən istismara verilməsi üçün ilkin qiymətləndirmə sənədinin hazırlanması işləri çərçivəsində geofiziki tədqiqatlar və geoloji kəşfiyyat işlərinin icrasına başlayıb. Yataq 1954-cü ildən 1994-cü ilədək fasiləsiz istismar olunub, 350 milyon ton filiz həcmində hesablanan yataq ehtiyatlarının 92 milyon tonu məhz bu illər ərzində hasil edilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü
Bugün, 11:01 İQTİSADİYYAT
-
Burla xatun, Gülya, Cəbiş müəllimin arvadı... - Şəfiqə Məmmədova haqqında nəyi bilirik?
Bugün, 10:53 MƏDƏNİYYƏT
-
"Məleykə Abbaszadəyə hər zaman hörmətlə yanaşmışam və..." - Misir Mərdanov fikirlərinin təhrif edildiyini deyir
Bugün, 10:09 SİYASƏT
-
“ASAN Kommunal” mərkəzinin yerləşdiyi bina kimindir? - 660 min manatlıq sövdələşmə barədə maraqlı faktlar yayıldı
Bugün, 09:07 CƏMİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
İranın dəstəklədiyi Husilər Səudiyyə Ərəbistanını "dalan"a dirədi: "Şərq-Qərb boru kəməri qapadıldı"
11.09.2026, 23:21 GÜNDƏM
-
"Fənərbağça"dan Baş məşqçi ilə bağlı daha bir - Açıqlama
11.09.2026, 23:14 İDMAN
-
Abdullah Öcalana adada villa tikilib: bağlı-bostanlı və... - Nələr yoxdur ki...
11.09.2026, 23:03 SİYASƏT
-
Ərdoğan adını daşıyan universiteti ziyarət edib - FOTO
11.09.2026, 19:44 GÜNDƏM
-
Norveç Şahzadəsi vəfat etdi - 94 yaşında
11.09.2026, 18:48 DÜNYA
-
İmamoğluna artıq siyasi fəaliyyət qadağası qoyuldu, iş kəsildi - Məhkəmə iki dəfə bəraət aldığı qərarı dəyişdirdi, zalda gərginlik böyüdü
11.09.2026, 18:22 SİYASƏT
-
"Fənərbağça"da İsmayıl Kartal dövrü başa çatdı - Baş məşqçi geri dönmədi
11.09.2026, 18:00 İDMAN
-
Aqrar Xidmətlər Agentliyində yeni təyinat olub
11.09.2026, 17:58 İQTİSADİYYAT
-
Prezidentdən daha bir sərəncam - Mərkəz və Agentliyə yeni səlahiyyət verildi
11.09.2026, 17:55 İQTİSADİYYAT
-
Prezident daha üç nəfərə vəzifə verdi (YENİLƏNİB)
11.09.2026, 17:27 GÜNDƏM
-
Prezident Fərid Şəfiyevi yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAM
11.09.2026, 17:17 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
11.09.2026, 17:00 İQTİSADİYYAT
-
Hava ilə bağlı - Xəbərdarlıq
11.09.2026, 16:54 GÜNDƏM
-
58 ölkə və 9 beynəlxalq təşkilatın 150 nəfərdən ibarət heyəti Qarabağ bölgəsində... - Hikmət Hacıyevin müşayiəti ilə + FOTOLAR (Yenilənib)
11.09.2026, 16:26 GÜNDƏM
-
Əli Əsədov İqtisadi Şuranı topladı: nələr müzakirə olundu?
11.09.2026, 16:08 İQTİSADİYYAT
-
Husilərlə bacarmayan Səudiyyə, savaşa meylli Pakistan, susqun Türkiyə, arxada gizlənən İran... - DÜNYANIN GÖZÜ YƏMƏNƏ ÇEVRİLİB
11.09.2026, 16:00 GÜNDƏM
-
RƏSMİ MOSKVA DAHA BİR ÖLKƏNİ HƏDƏLƏDİ: "Əgər bir ölkənin bizə qarşı nüvə təhdidi olacaqsa, niyə boş dayanmalıyıq ki?"
11.09.2026, 15:59 GÜNDƏM
-
Pakistan: "ABŞ və İranın yenidən danışıqlar masasına qayıtması üçün əlimizdən gələni edirik"
11.09.2026, 15:52 DÜNYA
-
Kolleclərdə boş qalan yerlər: qəbulun nəticələri açıqlanıb
11.09.2026, 15:44 GÜNDƏM
-
ABŞ-ın ölkəsindən qaçırdığı Maduronun həyat yoldaşı ev dustaqlığına buraxılacaq? - Vəkillər vəsatət verdi
11.09.2026, 15:32 GÜNDƏM
-
“Tamaşaçı üçün nə fərqi var ki, məni yutubda izlədi, yaxud da televiziyada?”
11.09.2026, 15:30 PRESS
-
Deputat: "Allahla kimsə müqavilə bağlayıb ki, nə vaxt vəfat edəcək?"
11.09.2026, 15:26 MƏDƏNİYYƏT
-
Xalq artistinin qızının keçmiş nişanlısı: "Məni qınayanların başına və balasının başına gəlsin"
11.09.2026, 15:23 ŞOU-BİZNES
-
Elman Rüstəmov bank sektorundakı təsirini gücləndirir - "Access Bank" "ələ keçirildi"
11.09.2026, 15:18 İQTİSADİYYAT
-
Aqrar Sığorta Fondunda yoxlama: nöqsanlar üzə çıxarıldı və...
11.09.2026, 15:02 İQTİSADİYYAT
-
Sumqayıt xəstəxanalarında kütləvi yoxlama və... - Kimlər vəzifələrini itirdi? (TAM SİYAHI)
11.09.2026, 14:35 CƏMİYYƏT
-
General yeni idarənin rəisi təyin edildi
11.09.2026, 14:21 CƏMİYYƏT
-
MHP-dən Ərdoğanla Yavaşın qapalı görüşü haqda diqqətçəkən açıqlama: "AK Partiyaya qatılsa..."
11.09.2026, 14:10 SİYASƏT
-
Azərbaycanla Türkiyə arasında sənəd imzalanıb
11.09.2026, 13:57 GÜNDƏM