Eldar Həsənovla bağlı cinayət işi: sabiq səfirin biznes ortağı deyilən sahibkar da həbs edildi
23-09-2020 [09:59]
Azərbaycanın sabiq baş prokuroru, Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı eks-səfiri Eldar Həsənovun işi üzrə həbslər davam edir.
Mia.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, E.Həsənovla biznes ortağı olduğu bildirilən, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvü olmuş sahibkar Bəhruz Əsədbəyli də Baş Prokurorluq tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.
B.Əsədbəyli Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 311.3.2-ci (rüşvət alma; təkrar törədildikdə) maddələri ilə təqsirləndirilir.
İstintaqın təqdimatı ilə Nəsimi rayon məhkəməsinin hakimi Natavan Tağıyeva B.Əsədbəyli barəsində həbs qətimkan tədbiri seçib.
Avropada yaşayan jurnalist Cavanşir Həsənlinin rəsmi sənədlərə istinadən yaydığı məlumata görə, Eldar Həsənova məxsus olan, 2006-cı ilin 24 avqustunda Tekirdağ bölgəsində qurulan və əsasən spirtli içkilər istehsal edən Rags alkoqollu içkilər zavodu Türkiyə bazarında ciddi iştirak payına sahibdir. 27 milyon dollar civarında sabit investisiyaya malik “RAGS ALKOLLÜ İÇECEKLER SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ”nin təsisçiləri Azərbaycan vətəndaşlarıdır. Şirkəti Bəhruz Əsədbəyli, Eldar Həsənovun qohumları Ceyhun Bəylərov, Elmir Paşayev və Fuad Quliyev təsis edib. Fabrik illik 3 milyon litr araq və 7.5 milyon litr rakı istehsal etmək gücünə sahibdir. 450 civarında işçisi var. Türkiyə bazarında daha çox rus araqları markası ilə tanınır. "Dostoyevski", "Rus yıldızı", "Russian Gold", "1934 Rags" araqları, "Destan" rakısı, "MONTBLANC", "Rags" likör və şərabları ən məşhurlarıdır.
"Bakı Şərab-2" ASC-nin rəhbəri, Eldar Həsənovun qudası Rabil Hüseynov da şirkətin rəsmi ortaqların olub. 2017-ci ildə Eldar Həsənovun qudası ona məxsus 10500 səhmlik payını 10 milyon 500 min lirəyə Əkbər Fərəcova satıb. Əkbər Fərəcov isə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı oğludur. O, Azərbaycanda 2017-ci ilin dekabrında İNŞAATÇI A.H mənzil tikinti kooperativi açıb.
Bəhruz Əsədbəyli Eldar Həsənovun Balkanlardakı və Türkiyədəki biznesini idarə edən əsas fiqurlardandır.
İddiaya görə, Eldar Həsənovun Monteneqroda səfir kimi fəaliyyətə başlamasının ardından Əsədbəyli orda da biznes layihələrinə başlayıb. E.Həsənov Bəhruz Əsədbəylini Monteneqro ictimaiyyətinə Azərbaycan hökumətinin nümayəndəsi kimi tanıdıb və Əsədbəyli bu ölkə mətbuatına məhz bu statusla açıqlamalar verib.
Bəhruz Əsədbəylinin Türkiyədəki daha bir şirkəti olan “MONOTO OTOMOTİV SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ”nin ortaqları isə keçmiş deputat Fərhad Qəribov, oğlu Anar Qəribov, yaxın qohumları Xalid və Azər Qəribovlar, Nadir Həsənov və Natiq Mürsəliyevdir.
Xatırladaq ki, Eldar Həsənov barəsində də məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib