Deputat sürücüsü əfv siyahısına istədiyi adamı saldırıb? - Açıqlama

img

17-09-2020 [11:57]


Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deputat həmkarı Elman Nəsirovun deputat sürücüsünün əfv siyahısına adam adı saldırması fikrinə münasibət bildirib.

O, qeyd edib ki, bu, kifayət qədər ciddi ittihamdır:

“Əgər bir sürücünün əfv siyahısı ətrafında bu qədər səlahiyyəti olubsa bunu müəyyənləşdirmək  lazımdır. Mən həmin adamın özünün daha sonra əfvinin necə olacağını bilmirəm. Hər halda jurnalistlər də bu məsələni araşdıra bilər”.

Xatırladaq ki, E.Nəsirov bu gün parlamentin komitə iclasında "Əfv Komissiyasının üzvlərinin biri olan deputatın sürücüsü kimlərinsə adını siyahıya saldırıb" fikirlərini işlədib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA