“Bilik günü” onlayn qaydada keçiriləcək

img

11-09-2020 [16:26]


Sentyabrın 15-də ümumi təhsil müəssisələrində əyani şəkildə “Bilik günü” keçirilməyəcək.

Bunu Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, təhsil eksperti Şahlar Əsgərov deyib.  

Onun sözlərinə görə, buna səbəb Nazirlər Kabinetinin təsdiq etdiyi xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydalara əsasən, təhsilalanların və təhsilverənlərin iştirakı ilə tədris prosesindən kənar kütləvi tədbirlərin keçirilməsinə yol verilməməsidir.

Ş.Əsgərov qeyd edib ki, “Bilik günü” onlayn qaydada baş tutacaq: “Təhsil Nazirliyinin rəhbər işçiləri, təhsilverənlər və ekspertlər qoşularaq qısa təbriklərini çatdıracaqlar”.


Digər xəbərlər
SON XƏBƏRLƏR