Biləsuvarda yenidən su qıtlığı yaranıb
04-09-2020 [13:47]
Cənub Muğan kanalı və Balharı (Bolqarçay) çayının quruması Biləsuvar rayonunda yenidən su problemi yaradıb.
Bir neçə aydır davam edən su böhranı rayonun, demək olar ki, bütün ərazisini əhatə edib.
Ötən ayın sonlarında rayon ərazisində yağan aramsız yağışlar sululuğun artmasına səbəb olsa da, daha sonra isti hava şəraiti yenidən çayların qurumasına gətirib çıxarıb.
Bu ilin birinci rübündən başlayan su qıtlığı daha çox rayonun Yuxarı Cürəli, Ovçubərə,Təzəkənd, Ağalıkənd, Amankənd, Dərvişli və digər kəndlərində müxtəlif problemlər yaradıb. Belə ki, mövcud vəziyyət on minlərlə sakinin içməli su təminatında problemlərin yaranmasına səbəb olub. Eyni zamanda su qıtlığı kənd təsərrüfatının müxtəlif sahələrinə mənfi təsirlər göstərib. Bu da əkinçilik, heyvandarlıq və pamqıqçılıq sahəsində məhsuldarlığın aşağı düşməsinə səbəb olub. Cənub Muğan kanalı rayon əhalisinin içməli suya olan tələbatını ödəməklə yanaşı, əkinlərin suvarılması üçün yeganə mənbədir. Hazırda kənd sakinlərinin suya əlçatanlığı şəhərin mərkəzindən sudaşıyan nəqliyyat vasitələri ilə təmin olunur.
Qeyd edək ki, Cənub Muğan kanalı 1960-cı ildə istismara verilib. Uzunluğu 65 kilometr olan kanal mənbəyini Araz çayından götürür və Azərbaycanın üç rayonunda - İmişli, Biləsuvar və Cəlilabadda istifadə olunur. Balharı çayı isə mənbəyini İrandan götürməklə, mənsəbi Biləsuvarın çöl düzü olan Mahmudçalada bitir. Uzunluğu 163 km olan çayın mənbəyi Talış silsiləsində, Qarıçadağın şimal yamacından başlayır. Çayın illik axımının 90-95%-i yağış sularından əmələ gəlir. Bundan əlavə, Biləsuvarda Balharı çayının məcrasında su anbarı tikilib. Su anbarı kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə 1965-cu ildə istismara verilib./Report
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)