Qax sakini evinə od vurub - FOTO

img

31-08-2020 [22:58]


Qax rayonunda yanğın hadisəsi baş verib.

Hadisə rayonun Uzuntala kəndində qeydə alınıb.

Həmin kəndin sakini Kərimov Cuma Aydın oğlu ailəsi ilə birgə yaşadığı evi yandıraraq hadisə yerindən uzaqlaşıb.

Yanğın yerinə Fövqaladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə hissəsinin bir yanğınsöndürən maşın və şəxsi heyəti cəlb olunub.

Yanğın zamanı 60 kv/m-lik, iki otaq və bir hamamdan ibarət olan yerdən tikilmiş ev içərisindəki əşyalarla birlikdə tamamilə yanıb. Hadisəni törədən ev sahibi C.Kərimov evi yandırdıqdan sonra ərazidən qaçıb.

Faktla bağlı araşdırma aparılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR