Syomin: "Bu oyun istənilən çempionatın bəzəyi ola bilərdi"

img

04-11-2013 [09:20]


"Çox maraqlı oyun oldu. Təəssüf ki, bizim xeyrimizə başa çatmadı".

Bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Yuri Syomin "Qarabağ"la oyundan (3:4) sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli rus mütəxəssis komandasının səhvlərindən, danışıb. Qeyd edib ki, nəticəyə üzülsə də, baxımlı oyun alınıb: "Müdafiədə çox səhvlər buraxdıq, rəqib bu səhvlərə görə bizi cəzalandırdı. İkinci hissədə komanda çox çalışdı, sona kimi mübarizə apardıq. Qələbə qazana bilmədiyimiz üçün üzülürəm. Təəssüf ki, oyuna az sayda azarkeş gəlmişdi. Bu oyun istənilən çempionatın bəzəyi ola bilərdi”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA