Prezident daha üç qanuna dəyişikliyi təsdiqlədi

img

10-03-2026 [12:43]


Azərbaycanda sığortaolunanların sığortaçıda uçotu yalnız FİN kodla aparılacaq.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Əmək Məcəlləsinə, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" qanunlara dəyişikliyi imzalayıb.

Belə ki, sığortaedənlər tərəfindən işə qəbul edilərkən sosial sığorta nömrəsi olan sığortaolunanlardan SSN-in tələb edilməsinə və ya başqa üsulla sosial sığorta nömrəsinin öyrənilməsinə ehtiyac qalmayacaq.

Qanun iyulun 1-dən qüvvəyə minir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA