Avroliqa: "Trabzonspor" qələbə qazandı, "Latsio" xal itirdi

img

25-10-2013 [09:41]


Avropa Liqasının qrup mərhələsində III turunda Türkiyənin "Trabzonspor" klubu Polşanın "Legiya" komandasına qalib gəlməklə qrupdan çıxmaq yolunda böyuk şans qazanıb. Rəqibinə 2 cavabsız qolla qalib gələn türk klubu bununla 7 xalla qrup liderliyinə sahiblənib. Qrupda "Latso"nun Kipr komandası ilə 0:0-lıq heç-heçə oyunu da türklərin xeyrinə yarayıb. .

Milli komandamızın üzvü Ruslan Abışovun şərəfini qoruduğu "Rubin" səfərdə İngiltərənin "Uiqan" klubunun qonağı olub. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1.

"Qarabağ"ı Avroliqanın qrup mərhələsinə düşməkdən məhrum edən "Ayntraxt" öz meydanında "Makkabi" (Təl-Əviv) klubu ilə qarşılaşıb. Hər iki hissədə bir qol vuran Frankfurt təmsilçisi görüşdən 3 xalla ayrılıb.

"İnter"i Avroliqanın II təsnifat mərhələsində mübarizədən kənarlaşdıran "Tromse" "Anji"nin qonağı olub. Meydan sahiblərinin ilk hissədə vurduqları qol oyunda yeganə olub - 1:0.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində növbəti turun oyunları noyabrın 7-də keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA