Dünyanın "satqın" dediyi iranlı generaldan xəbər var: "O, hazırda döyüşür"

img

10-03-2026 [16:52]


Fevralın 28-də - ABŞ-İsrail müharibəsinin ilk günündə Ali dini lider başda olmaqla 48 İran rəsmisinin öldürüldüyü məkandan yaganə sağ çıxdığı deyilən və bundan sonra dünya mediasında "O, iranlı liderlıərin yerini satıb" manşetləri atılan, daha sonra isə haqqında edam xəbəri yayılan İranın Qüds ordusunun komandanı, general İsmayıl Qaanidən xəbər var.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, onun haqqında İranın Bağdaddakı səfiri Məhəmməd Kazem Əli Sadiq yerli jurnaistlərə danışıb.

Səfir bildirib ki, general haqqındakı iddialar yalandır və o, hazırda sağ-salamat vəzifəsini icra edir: "General Qaani döyüş meydanındadır və birbaşa müharibəyə rəhbərlik edir".

Xatırladaq ki, Qasım Süleymaninin öldürülməsindən sonra o, 2020-ci ilin yanvar ayında Qüds Qüvvələrinin komandiri təyin edilib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA