"Bu 25 ildə oğlundan, qızından, kürəkənindən soruşdunmu ki, hardandır sizdə bu cah-cəlal, bu sərvət?!"
YAZARLAR
25.08.2020, 14:53
Elxan ŞÜKÜRLÜ,
Ədalət Partiyasının sədr müavini
***
Zamanında geri çəkilməməyin və layiq olmadığı yeri tutmanın insana, xüsusən də siyasətçiyə hansı faciələri yaşatdığını bugünlərdə baş verən hadisələrlə bir daha görürük.
İnanın, akademik Ramiz Mehdiyev ölkənin ən ali dövlət təltifi - “Heydər Əliyev” ordeni ilə mükafatlandırılaraq, Prezident Administrasiyasının rəhbəri postundan uzaqlaşdırılanda İlham Əliyevin 17 illik prezidentliyi dövründəki neqtivlərin məsuliyyətini də öz üzərinə götürərək sakitcə, abırlı bir şəkildə kənara çəkilsəydi, nəinki bugünkü rüsvayçı vəziyyətə düşməzdi, əksinə, həm uzun illər xidmətində durduğu hakimiyyətə son və misilsiz xidmətini göstərmiş olar, həm də qarşılığında elə Fəxri Xiyabanda – Heydər Əliyevin yanında heykəlinin də ucaldılmasına nail olardı!
Ancaq Mehdiyev xüsusən son bir ildəki inadkar davranışlarıyla İlham Əliyevin nifrət və qəzəbinin ən çox yönələcəyi hədəf halına gəlməklə yanaşı, həm də son 17 ilin neqativlərinin gerçək baiskarı olması fikrinin çox rahat şəkildə bu 84 yaşlı “bürokratiya memarı”nın üzərinə qoyulmasını da rahatca haqq etmiş oldu!
O, dövlət adamına yaraşmayan son şantajçı bəyanatıyla, faktiki olaraq, Əliyevlər iqtidarıyla bütün mənəvi bağlarını, iplərini qopardı artıq!
Son 17 ilin hakimiyyət neqativlərinin bütün məsuliyyətini isə onun boyuna elə bu illər ərzində qurub-yaratdığı öz bürokratik aparatı, yetişdirdiyi öz “siyasi elita”sı qoyur artıq: baxın, dünənə qədər Mehdiyev aparatının müxalifət əleyhinə danışan, söyən, onun öz sözləriyl desək, “ən natəmiz və ən nadürüst adamları” indi eyni qaydada Mehdiyevi gilyotin altına itələyir, onun balaca boyuna qamış ölçürlər!
Mehdiyevsə müdrikliyini itirmiş çarəsiz və deyingən qocalartək onlardan 30 il boyunca əzdiyi, genini, dinini, dilini, əxlaqını dəyişməyə, itirməyə çalışdığı xalqa şikayətlənir, hakimiyyətdən xalqa gileylənir!

Deyənsə yoxdur ki, məgər bu “nadürüst və natəmiz adamlar”dan ibarət “elita”nı, hakimiyyət komandasını, təbliğat maşınını, deputat korpusunu formalaşdıran elə sən özün olmamısanmı?! İndi bu murdar təbliğat maşını eyni qaydada səni öz qanlı və üfunətli dişlərinin çarxı altında əzir, xıncım-xıncım doğrayır, ətini tikə-parça edib hərəsini bir tərəfə tullayır!
Bəli, Allah öz varlığını və qoyduğu İlahi Nizamı həm də bu sayaq yolunu azmışlara qəbul etdirir: harın və azğın insan oğlu başqalarına yaşatdıqları öz başına gəlməyincə, nə Allahını tanıyar, nə Peyğəmbərini!
Bir baxın, görün, Mehdiyev İslam peyğəmbəri Həzrəti Məhəmməddən (s) hansı hədisi misal gətirib: “Ey camaat! Sizdən əvvəlki qövmlər həlak oldular. Ona görə ki, həmin qövmlərdən olan mötəbər, zəngin şəxslər oğurluq etdikdə, heç kəs onları cəzalandırmırdı. Ancaq kasıb birisi bu hərəkəti etdikdə, ona dərhal cəza tətbiq edilirdi. And olsun Allaha ki, hətta qızım Fatimə oğurluq etmiş olsaydı, onun da əlini kəsərdim”.
Soruşan yoxdur ki, yaxşı, 25 il Prezident Administrasiyasının rəhbəri olduğun dövrdə kasıbın, yetimin-yesirin malını yeyən neçəsinin əlini, qolunu kəsdin?!
25 ildir xalqı talayan və aybay yanına, kabinetinə gələn İcra Başçılarını, nazir və komitə rəhbərlərini qoyuram bir kənara, öz dogma oğlundan, qızından, kürəkənindən soruşdunmu ki, hardandır sizdə bu cah-cəlal, bu sərvət, bu var-dövlət?! Məgər bunlar indi şikayətləndiyin xalqdan – bizdən oğurlananlar deyilmi?!
17 il hakimiyyətdə ikinci, faktiki isə, birinci şəxs olduğun və qılıncının qınının da məhkəməsiz kəsib-doğradığı illərdə niyə kəsmirdin o xalq malı oğurlayanların, əlini, dilini, kəlləsini?! Xalq malının talandığı vəzifənizdən uzaqlaşdırılandan sonramı yadınıza düşür?!
İzləyənlər, tanıyanlar çox yaxşı bilər: 2017-ci ildə “Jurnalistlər binası”nda jurnalistlərə ev paylanan vaxt Əli Həsənov adımı siyahıdan çıxaranda Naxçıvanda - kəndimizdə yaşayan Anama xitabən mətbuat vasitəsiylə bir məktub yazmışdım. Orda demişdim ki, vaxt gələcək, Heydər Əliyevin hesabına vəzifə tutan bu adamların çoxu öz sərvətlərini qorumaq üçün təkcə qurduqları bu hakimiyyəti yox, doğulduqları o torpağı da satacaqlar!
Budur, həmin vaxt gəlib artıq! Bir-birini, 30 illik komanda yoldaşlarını, hakimiyyətlərini, yurd-yuvalarını, mənliklərini, ləyaqətlərini satmaq üçün növbəyə, sıraya düzülüblər! Hələ əsl tamaşa qabaqdadır! Onda hamı görəçək bunların mahiyyətini, gerçək simalarını!
Bu hadisələrsə hamıya, o cümlədən Prezident İlham Əliyevə də, ibrət alacağı mütləq bir gerçəyi növbəti dəfə anlatdı: hakimiyyət komandası ancaq ləyaqətli adamlardan təşkil olunmalı, dövlət sükanı ancaq ləyaqətli adamlara etibar edilməlidir!
Vətəni də ancaq həm hakimiyyətdəki, həm də müxalifətdəki ləyaqətəli insanların birgə fəaliyyəti xilas edə bilər!
Ləyaqəti olmayanlar, gec-tez, Səni də, Vətəni də satacaqlar!
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Mauro İkardinin sürücülük vəsiqəsi "radar"a düşüb? - AÇIQLAMA
Bugün, 12:12 İDMAN
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:10 CƏMİYYƏT
-
“Azərbaycan Dəmir Yolları”nda növbəti təyinatlar - Rövşən Rüstəmov kimləri vəzifəyə təyin etdi? + FOTO
Bugün, 12:04 CƏMİYYƏT
-
PREZİDENT YÜKSƏK VƏZİFƏLİLƏRİ TOPLADI - Müşavirə + FOTOLAR
Bugün, 12:00 GÜNDƏM
-
Milli Məclisdə daha bir sahə üzrə dinləmə keçiriləcək
Bugün, 11:47 GÜNDƏM
-
BAKIDA POLİSƏ SİLAHLI MÜQAVİMƏT GÖSTƏRƏN KEÇMİŞ MƏHKUM VURULDU - DİN açıqlama yaydı
Bugün, 11:47 KRİMİNAL
-
Keçmiş deputatdan Ərdoğana maraqlı çağırış: "Ətrafındakı adamları falakaya yatır və döy"
Bugün, 11:21 SİYASƏT
-
Bakıda bu məktəblər distant təhsilə keçdi
Bugün, 11:08 GÜNDƏM
-
Bakıda və Abşeron yarımadasında tozlu hava ilə bağlı - Açıqlama
Bugün, 10:59 GÜNDƏM
-
“Fərəh söyüş söyüb, mənim nə günahım var?” – Efir qadağasına etiraz edir
Bugün, 10:48 PRESS
-
AZAL-da daha bir dəyişiklik oldu
Bugün, 10:40 CƏMİYYƏT
-
"Trump TV" kanalı açıldı - Ağ Evin rəsmi xəbərləri bu kanalda yayımlanacaq
Bugün, 10:27 PRESS
-
Türkiyədə məktəbə hücum olub - Bir şagird ölüb, yaralılar var (Yenilənib)
Bugün, 10:26 GÜNDƏM
-
Bilgəhdə dənizdə batan gənclərin meyiti tapılıb
Bugün, 10:15 CƏMİYYƏT
-
İran XİN başçısı: "Burada da mövqeyimizi ləyaqətli müdafiə edəcəyik"
Bugün, 09:57 DÜNYA
-
Məhəmməd Salahın sürücülük vəsiqəsi etibardan salındı - Hücumçu böyük məbləğdə cərimələndi
Bugün, 09:52 İDMAN
-
Azərbaycan nefti 5 dollardan çox ucuzlaşdı - Qara qızılın qiyməti neçəyədir?
Bugün, 09:52 İQTİSADİYYAT
-
Danışıqlar rəsmi olaraq başladı - Əbədi rəqibdən sürpriz təklif...
Bugün, 09:24 İDMAN
-
"Tovuz-Turan"ın prezidenti klubdan gedir: "Çox təəssüf ki, axırda Ehtiram bəyi də iyrəndirdilər" - Jurnalist elə şeylər yazdı ki....
Bugün, 09:16 YAZARLAR
-
Maştağada evdə partlayış: iki nəfər yaralanıb
Bugün, 09:08 CƏMİYYƏT
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıl... - QARABAĞA YENİ KÖÇ YOLA SALINDI
Bugün, 09:05 GÜNDƏM
-
"Qalatasaray" prezidenti baş məşqçi ilə bağlı qərarını açıqladı
Bugün, 09:03 İDMAN
-
Başqa vətən arzulamağa ehtiyac yoxdur” - Paşinyan
Bugün, 00:34 SİYASƏT
-
Məşhur aktrisanın ölkədən çıxışına qadağa qoyuldu
Bugün, 00:21 MƏDƏNİYYƏT
-
TÜRKİYƏ UNİVERSİTETLƏRİNƏ ŞOK: 110 min yer boş qalıb, 30 mindən çox isə... - Azərbaycandan qardaş ölkə üniversitetlərinə axın niyə azalır?
Bugün, 00:10 GÜNDƏM
-
"Kurtlar Vadisi"nin "Ömər Baba"sı "şübhələnirdim" dedi, istintaqa çağırıldı - Kəşfiyyatçının şübhəli ölümü işi böyüyür
Bugün, 00:08 MƏDƏNİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 MƏDƏNİYYƏT
-
ABŞ İrana uçuşlara icazə verən ölkələri hədələdi: "Dollar sistemindən çıxaracağıq"
Bugün, 00:01 İQTİSADİYYAT
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat edildi
21.09.2026, 23:03 MƏDƏNİYYƏT
-
“Şəki yaylası”nda faciəvi şəkildə ölən Ucalın atasından təsirli sözlər
21.09.2026, 21:54 CƏMİYYƏT
-
AzTV-nin keçmiş işçisi AAYDA-da yeni vəzifəyə olunub
21.09.2026, 20:51 İQTİSADİYYAT
-
"Fənərbağça" komandası Bakıya gəlir - Bu tarixdə
21.09.2026, 19:55 İDMAN
-
Xəzər dənizində zəlzələ olub
21.09.2026, 18:40 GÜNDƏM
-
Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
21.09.2026, 18:06 GÜNDƏM