İmişlidə motosiklet kanala düşüb: ölən və yaralanan var

img

18-08-2020 [20:46]


İmişli rayonunda yol qəzası baş verib. 

Məlumata görə, hadisə İmişli-Qaravəlli avtomobil yolunun 1 kilometrliyində Qaralar kəndi ərazisində qeydə alınıb.

Belə ki, İmişli rayonunun Qaralar kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Vasif Məhiyyəddin oğlu idarəetməni itirib və motosiklet yoldan çıxaraq kanala düşüb. Nəticədə sürücü dünyasını dəyişib, bir nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR