BNA-dan BAKINI İFLİC EDƏN DAHA BİR ADDIM: Naximov küçəsi 7-9 metr daraldılır - Camaat etiraz edir + FOTOLAR
CƏMİYYƏT
14.08.2020, 16:35
Xətai rayonu, Naximov küçəsində aparılan yol-tikinti işləri öz “unikallığı” ilə burada yaşayan sakinlərin ciddi narazılığına səbəb olub.
Bu barədə Mia.az-a ırazidə yaşayan bir qrup sakin şikayət məktubu ünvanlayıb.
Bildirilib ki, yolun bir hissəsi 9,1 metrədək qismən daraldılsa da, digər hissəsi, xüsusilə, ticarət-iaşə obyektlərinin qarşısında, ümumiyyətlə, sərt şəkildə 7,4 metrədək daraldılmış, bununla da, yolun daim intensiv hissəsində gələcəkdə baş verə biləcək yol-nəqliyyat hadisələrinə münbit şərait yaradılıb:
"Eyni zamanda küçənin daim yağış suları ilə dolan hissəsindəki su-yağış barmaqcıqları da nədənsə ləğv olunmuşdur ki, bu da gələcəkdə həmin yerlərdə suların yığılmasına səbəb olacaq, nəqliyyat vasitələrinin hərəkətinə ciddi əngəllər törədəcəkdir. Küçənin sonundakı geniş ərazi də ağlagəlməz “layihə” yeniliklərilə bərbad hala salınmış, bir növ, çətin keçiləcək yol hissəsi halına gətirilmişdir. Naximov küşəsindəki sərt döngə də nədənsə genişləndirilmək əvəzinə, daraldılmış və bu zaman yolun həmin hissəsində daim qeydə olınan yol qəzaları nəzərə alınmamışdır".
Məktubda qeyd olunur ki, əhali Bakı Nəqliyyat Agentliyinin əməkdaşlarına şikayət etməyə çalışsa da, bu təşkilatla əlaqə saxlamaq istəyini heç cür reallaşdıra bilmir: "Çünki təşkilatın qaynar xətti cavab vermir, mətbuat xidməti isə ümumiyyətlə, susur, çünki daim “məşğuldur. Bu istiqamətdə iş aparan əməkdaşlar, o cümlədən sərmayəçi İlqar Ağazadə (İqabal Ağazadənin qardaşı) isə deyilən iradlarla qismən razı olduğunu bildirsə də, yolun onlara təqdim olunan ıayihə əsasında inşa olunduğunu bildirərək, bu işdə yardımçı ola bilməyəcəyini vurğulayır.
Bütün bunları nəzərə alaraq Sizdən əhalinin haqlı narazılığını Bakı Nəqliyyat Agentliyinin rəhbərliyinə çatdırmağınızı xahiş edir, bununla bağlı çoxsaylı sakinlər tərəfindən imzalanmış şikayət ərizəsini ünvanınıza göndəririk. Onu da diqqətinizə çatdırırıq ki, bu yolda gələcəkdə baş verə biləcək yol-nəqliyyat qəzalarına görə ilk növbədə layihənin müəllifi – Bakı Nəqliyyat Agentliyi məsuliyyət daşıyacaq".
Mia.az






Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Əhdiman və dostu qalmaqallı videoya görə saxlanıldı
Bugün, 14:53 PRESS
-
Mətbudaşlar, Şuşaya yox, problemlərin üstünə gedin!
Bugün, 14:47 PRESS
-
Sabah yağış yağacaq
Bugün, 12:22 CƏMİYYƏT
-
"Şəki yaylası"da faciəi şəkildə ölən Coşqunun dayısı: "Dedilər ki, digər meyit 200 metr aralıdadır, gedib gördüm..." - VİDEO
Bugün, 09:27 CƏMİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:05 MƏDƏNİYYƏT
-
Diplomat və hərbi attaşelər "İstisu" zavodunda - FOTOLAR
12.09.2026, 21:36 GÜNDƏM
-
Xarici İşlər Nazirliyi məlumat yayıb
12.09.2026, 18:09 SİYASƏT
-
Hikmət Hacıyev diplomatların qarşısında erməni yalanını belə ifşa etdi - VİDEO
12.09.2026, 14:40 SİYASƏT
-
Diplomatlar Gəncəsər Monastır Kompleksində - VİDEO
12.09.2026, 13:16 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
12.09.2026, 13:09 CƏMİYYƏT
-
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü
12.09.2026, 11:01 İQTİSADİYYAT
-
Burla xatun, Gülya, Cəbiş müəllimin arvadı... - Şəfiqə Məmmədova haqqında nəyi bilirik?
12.09.2026, 10:53 MƏDƏNİYYƏT
-
"Məleykə Abbaszadəyə hər zaman hörmətlə yanaşmışam və..." - Misir Mərdanov fikirlərinin təhrif edildiyini deyir
12.09.2026, 10:09 SİYASƏT
-
“ASAN Kommunal” mərkəzinin yerləşdiyi bina kimindir? - 660 min manatlıq sövdələşmə barədə maraqlı faktlar yayıldı
12.09.2026, 09:07 CƏMİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
12.09.2026, 00:02 CƏMİYYƏT
-
İranın dəstəklədiyi Husilər Səudiyyə Ərəbistanını "dalan"a dirədi: "Şərq-Qərb boru kəməri qapadıldı"
11.09.2026, 23:21 GÜNDƏM
-
"Fənərbağça"dan Baş məşqçi ilə bağlı daha bir - Açıqlama
11.09.2026, 23:14 İDMAN
-
Abdullah Öcalana adada villa tikilib: bağlı-bostanlı və... - Nələr yoxdur ki...
11.09.2026, 23:03 SİYASƏT
-
Ərdoğan adını daşıyan universiteti ziyarət edib - FOTO
11.09.2026, 19:44 GÜNDƏM
-
Norveç Şahzadəsi vəfat etdi - 94 yaşında
11.09.2026, 18:48 DÜNYA
-
İmamoğluna artıq siyasi fəaliyyət qadağası qoyuldu, iş kəsildi - Məhkəmə iki dəfə bəraət aldığı qərarı dəyişdirdi, zalda gərginlik böyüdü
11.09.2026, 18:22 SİYASƏT
-
"Fənərbağça"da İsmayıl Kartal dövrü başa çatdı - Baş məşqçi geri dönmədi
11.09.2026, 18:00 İDMAN
-
Aqrar Xidmətlər Agentliyində yeni təyinat olub
11.09.2026, 17:58 İQTİSADİYYAT
-
Prezidentdən daha bir sərəncam - Mərkəz və Agentliyə yeni səlahiyyət verildi
11.09.2026, 17:55 İQTİSADİYYAT
-
Prezident daha üç nəfərə vəzifə verdi (YENİLƏNİB)
11.09.2026, 17:27 GÜNDƏM
-
Prezident Fərid Şəfiyevi yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAM
11.09.2026, 17:17 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
11.09.2026, 17:00 İQTİSADİYYAT
-
Hava ilə bağlı - Xəbərdarlıq
11.09.2026, 16:54 GÜNDƏM
-
58 ölkə və 9 beynəlxalq təşkilatın 150 nəfərdən ibarət heyəti Qarabağ bölgəsində... - Hikmət Hacıyevin müşayiəti ilə + FOTOLAR (Yenilənib)
11.09.2026, 16:26 GÜNDƏM
-
Əli Əsədov İqtisadi Şuranı topladı: nələr müzakirə olundu?
11.09.2026, 16:08 İQTİSADİYYAT
-
Husilərlə bacarmayan Səudiyyə, savaşa meylli Pakistan, susqun Türkiyə, arxada gizlənən İran... - DÜNYANIN GÖZÜ YƏMƏNƏ ÇEVRİLİB
11.09.2026, 16:00 GÜNDƏM
-
RƏSMİ MOSKVA DAHA BİR ÖLKƏNİ HƏDƏLƏDİ: "Əgər bir ölkənin bizə qarşı nüvə təhdidi olacaqsa, niyə boş dayanmalıyıq ki?"
11.09.2026, 15:59 GÜNDƏM
-
Pakistan: "ABŞ və İranın yenidən danışıqlar masasına qayıtması üçün əlimizdən gələni edirik"
11.09.2026, 15:52 DÜNYA
-
Kolleclərdə boş qalan yerlər: qəbulun nəticələri açıqlanıb
11.09.2026, 15:44 GÜNDƏM