Millimizin yeni Baş məşqçisi "Neftçi"nin məşqini izləyib

Millimizin yeni Baş məşqçisi "Neftçi"nin məşqini izləyib 

İDMAN

13.08.2020, 19:11

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi bu gün "Türk Hava Yolları" Futbol Mərkəzində olub.

Mia.az AFFA-ya istinadla xəbər verir ki, italiyalı mütəxəssis "Neftçi" komandasının məşqini izləyib.

C.De Byazinin Premyer Liqada çıxış edən bütün klubların məşq prosesini izləməsi və komandaların baş məşqçiləri ilə görüşü nəzərdə tutulub.

Qeyd edək ki, AFFA 64 yaşlı baş məşqçi ilə 1,5 illik müqavilə imzalayıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR