İmişlidə qətl: 36 yaşlı şəxs iki nəfəri bıçaqladı, biri hadisə yerində öldü

İmişlidə qətl: 36 yaşlı şəxs iki nəfəri bıçaqladı, biri hadisə yerində öldü

KRİMİNAL

11.08.2020, 22:58

İmişlidə bıçaqlanma hadisəsi baş verib 1 nəfər ölüb 1 nəfər yaralanıb.

Məlumata görə, hadisə 20 radələrində İmişli rayonu Göbəktala kəndində qeydə alınıb.

Həmkəndlilər arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.İmişli rayon Göbəktala kənd sakini 1984-cü il təvəllüdlü Pünhan Hüseynov mübahisə zamanı, həmkəndliləri 1985-ci il təvəllüdlü Amid Əmrahovu və 1990-cı il təvəllüdlü Səbuhi Əmrahovu bıçaqlayıb.

Amid Əmrahov hadisə yerindəcə ölüb, Səbuhi Əmrahov isə yaralı vəziyyətdə Beyləqan rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Cinayəti törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır/Report. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR