Ağcabədidə maşının vurduğu piyada öldü

img

03-08-2020 [13:57]


Ağcabədi rayonunda yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, avqustun 2-i saat 23 radələrində Ağcabədi rayonunun Qayıdış qəsəbəsi ərazisində şəhər sakini Y.Məmmədzadə idarə etdiyi “VAZ-21114” markalı avtomobillə yolun kənarında dayanan Xocavənd rayon sakini Ömər Rüstəmovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR