İdxal rüsumlarının artırılması yerli şərab istehsalını nə qədər qoruyacaq? - Samir İsmayıldan açıqlamalar
İQTİSADİYYAT
16.09.2026, 12:25
Azərbaycana idxal olunan spirtli içkilərə tətbiq edilən gömrük rüsumlarının dərəcələri artırılıb. Bununla bağlı Nazirlər Kabineti qərar qəbul edib və yeni tariflər dekabrın 8-dən qüvvəyə minəcək. Yeni qərara əsasən, bir sıra tünd spirtli içkilərə gömrük dəyərinin 15 faizi, lakin 1 litr üçün 4 ABŞ dollarından az olmamaqla rüsum tətbiq ediləcək. Şərab üçün isə bu göstərici gömrük dəyərinin 15 faizi, lakin 1 litr üçün 3 ABŞ dollarından az olmayacaq.
Mia.az xəbər verir ki, bu barədə iqtisadçı Samir İsmayıl öz fikrini bölüşüb.
O xatırladıb ki, Azərbaycanda üzümçülük kənd təsərrüfatı fəaliyyəti hesab olunur və üzüm istehsalçıları üçün əhəmiyyətli dövlət dəstəyi və vergi güzəştləri mövcuddur:
""Üzümçülük və şərabçılıq haqqında” Qanunun 1.0.1-ci maddəsində üzümçülük “üzümün istehsalı ilə məşğul olan kənd təsərrüfatı sahəsi” kimi müəyyən edilir.
Müəyyən şərtlərə cavab verən yeni üzüm bağlarının salınmasına görə təsərrüfatlara hektar başına 8 000–16 500 manatadək subsidiya verilir. Bağ salındıqdan sonra isə illik əkin subsidiyası tətbiq olunur. Məsələn, 2026-cı ildə 1 sentyabr 2021-ci ildən sonra salınmış digər üzüm bağları üçün subsidiya 700 manat/ha müəyyən edilib. Daha əvvəl salınmış bağlarda isə məbləğ müasir suvarma sisteminin olub-olmamasından asılı olaraq 50–110 manat/ha səviyyəsindədir.
Buna baxmayaraq, Azərbaycan şərabının yerli bazardakı qiyməti diqqət çəkir. Gürcüstan və Ermənistanda da üzümçülük dövlət tərəfindən dəstəklənir. Lakin dəstəyin mexanizmləri fərqlidir. Məsələn, regionun ən iri şərab istehsalçısı və ixracatçısı olan Gürcüstanda dövlət dəstəyi daha çox güzəştli kreditlər, kredit faizlərinin bir hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi və məhsul satışına dəstək formasında həyata keçirilir. Yeni çoxillik əkinlərin, o cümlədən üzüm bağlarının salınması üçün güzəştli aqrokredit proqramları da mövcuddur.
Burada maraqlı sual yaranır: idxal rüsumlarının artırılması yerli istehsalçıların rəqabət qabiliyyətini həqiqətən artıracaqmı?".
Samir İsmayıl bildirib ki, bu gün Bakı marketlərində Çili və Cənubi Afrika istehsalı olan bəzi 0,75 litrlik şərabları 12–13 manata almaq mümkündür:
"Eyni qiymət seqmentində yerli Sav*lan və Hills*de şərablarının qiymətləri isə təxminən 16 manatdan başlayır. Baxın, minlərlə kilometr məsafədən Azərbaycana gətirilən, nəqliyyat, logistika, idxal və distribusiya xərcləri olan Çili və ya Cənubi Afrika şərabı necə olur ki, dövlət tərəfindən dəstəklənən yerli üzümçülük əsasında istehsal olunan Azərbaycan şərabından daha ucuz satılır? Onu da əlavə edim ki, dünyanın ən bahalı paytaxtlarından biri olan və ildə 50 milyon nəfərə yaxın turist qəbul edən Parisin marketlərində 0,75 litrlik bir şüşə şərabın qiyməti 3 avrodan başlayır.
Problemi yalnız yerli istehsalçının müdafiəsi kontekstində qiymətləndirmək də düzgün deyil. Spirtli içkilərin kəskin bahalaşmasının mümkün sosial və iqtisadi fəsadları da nəzərə alınmalıdır. Qanuni məhsulların qiymətinin kəskin bahalaşması saxta və qaçaq spirtli içkilərə tələbatın artması riski yaradır.
Bu baxımdan regionda ən bahalı spirtli içkilərin satıldığı Türkiyənin təcrübəsi diqqətəlayiqdir. Anadolu Agentliyinin Türkiyə Daxili İşlər Nazirliyinin məlumatlarına əsaslanan hesabatına görə, təkcə 2025-ci ilin ilk iki ayında ölkədə 152 nəfər saxta spirtli içkidən həyatını itirib, 780 əməliyyat zamanı 445 016 litr saxta içki ələ keçirilib".
İqtisadçının sözlərinə görə, Azərbaycanda da saxta spirtli içkilərin dövriyyəsi problemi mövcuddur:
"Toy evləri saxta içkilərin ən çox dövriyyə etdiyi yerlərdir. Buna görə qanuni spirtli içkilərin qiymətinin daha da yüksəlməsinin qeyri-leqal bazara necə təsir göstərəcəyi ayrıca qiymətləndirilməlidir. Rüsum artımının saxta məhsulların dövriyyəsini genişləndirmək riski nəzərdən qaçırılmamalıdır.
Digər məsələ turizmdir. Spirtli içkilərin qiyməti, xüsusilə əyləncə və restoran xərclərinin yüksək olduğu turizm istiqamətlərinin rəqabət qabiliyyətinə təsir edən amillərdən biridir. Bahalı aviabilet, yüksək hotel və restoran qiymətləri ilə yanaşı, içkilərin də bahalaşması Azərbaycanın regional turizm bazarında qiymət üstünlüyünü zəiflədə bilər.
Təcrübə göstərir ki, idxal rüsumlarını artırmaqla daxili istehsalçını xarici rəqabətdən müəyyən müddət qorumaq mümkündür. Lakin uzunmüddətli perspektivdə proteksionist tədbirlər istehsalçının xərcləri azaltmaq, məhsuldarlığı artırmaq və xarici bazarlarda rəqabət aparmaq motivasiyasını zəiflədir.
Yerli şərab istehsalımızın real yerini göstərən güzgü ixrac göstəriciləridir. 2025-ci ildə Gürcüstan təxminən 267,9 milyon ABŞ dolları, Ermənistan 19,8 milyon dollar, Azərbaycan isə təxminən 4,6 milyon dollar dəyərində şərab ixrac edib.
Beləliklə, əsas sual idxal olunan şərabın necə bahalaşdırılması deyil, Azərbaycan şərabının necə ucuz, keyfiyyətli və xarici bazarlarda rəqabətədavamlı istehsal edilməsidir".
F.SƏFƏRLİ
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Roşka" ləqəbli tiktokerə hökm oxunub
Bugün, 10:09 KRİMİNAL
-
Prokurorluğun iki əməkdaşı hakim təyin edilib
Bugün, 10:00 CƏMİYYƏT
-
Azərbaycan nefti 131 dollara qalxdı
Bugün, 09:25 İQTİSADİYYAT
-
"44" bədii filmi ictimaiyyətə təqdim olunub
Bugün, 09:07 MƏDƏNİYYƏT
-
İspaniya Türkiyədən daha 15 HÜRJET alır
Bugün, 09:00 DÜNYA
-
NATO-nun AVROPA ÜZRƏ KOMANDANI "QƏLƏBƏ PLANI"NI AÇIQLADI, TƏHDİD SƏSLƏNDİRDİ: "Hər şeyi yox edəcəyik"
Bugün, 00:27 GÜNDƏM
-
Husilər Səudiyyə Ərəbistanıda 3 bölgəni vurub
Bugün, 00:19 DÜNYA
-
İranın Londondakı səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
Bugün, 00:05 DÜNYA
-
"Qalatasaray" "Barselona" ilə matça itkiylə çıxacaq - 6 futbolçu zədəlidir
Bugün, 00:05 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 GÜNDƏM
-
Lamine Yamal İstanbulda: "Ey İstanbul, gəldik..." - FOTO
12.10.2026, 23:08 İDMAN
-
İndoneziyada vulkan 900 metr yüksəkliyə püskürüb
12.10.2026, 21:32 DÜNYA
-
BŞTİ: Məktəblərdə geyim qaydaları ciddi yoxlanılır
12.10.2026, 21:21 CƏMİYYƏT
-
DTX avtomobilləri qəsdən yandıranları həbs etdi
12.10.2026, 20:27 GÜNDƏM
-
Media və Yayım Şurası bəyanat yaydı: "Trol hücumu və ölkə xaricindən vahid mərkəzdən idarə olunan..."
12.10.2026, 19:21 SİYASƏT
-
AAYDA-nın sədri və müavini yeni vəzifəyə gətirildi
12.10.2026, 19:07 İDMAN
-
Məşhur aktyordan Hülya Avşara replika: "Yeriyə bilmir..." + FOTO
12.10.2026, 18:57 ŞOU-BİZNES
-
Husilər 24 saat ərzində ikinci dəfə Ər-Riyada hücum etdi, Trampdan xəbərdarlıq gecikmədi: "Hücuma qatıla bilərik"
12.10.2026, 18:55 DÜNYA
-
Türkiyədə bir kənddə qətliam: bir nəfər 4 nəfəri güllələdi (Yenilənib)
12.10.2026, 18:46 KRİMİNAL
-
NATO ölkəsi Rusiya ilə sərhədə qoşun yığır - Müharibə təhlükəsi var?
12.10.2026, 18:18 GÜNDƏM
-
Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
12.10.2026, 18:05 GÜNDƏM
-
Azərbaycan və İran DİN başçıları görüşüb - Müzakirə + FOTO
12.10.2026, 17:46 SİYASƏT
-
DSMF-dəki vəzifəsini xəstəxanaya dəyişdi - TƏBİB sədri Sənan Qəmbərli barədə əmr imzaladı
12.10.2026, 17:40 CƏMİYYƏT
-
Anar Hacıyev vəzifədən azad edilib
12.10.2026, 17:24 PRESS
-
TƏBİB-də daha bir dəyişiklik - Departament rəhbəri təyinatı oldu
12.10.2026, 17:08 CƏMİYYƏT
-
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
12.10.2026, 17:07 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
12.10.2026, 17:00 İQTİSADİYYAT
-
İstanbulda kriminal dəstələrə qarşı əməliyyatlar keçirildi - 175 nəfər həbs edildi
12.10.2026, 16:52 KRİMİNAL
-
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - Nələr müzakirə olunub? + FOTOLAR
12.10.2026, 16:47 GÜNDƏM
-
Yeni hakimlər Ali Məhkəmədə and içdi - FOTOLAR
12.10.2026, 16:16 CƏMİYYƏT
-
Rusiya və Ukrayna arasında enerji atəşkəsi... - Son razılaşma nə vəd edir? (TƏHLİL)
12.10.2026, 16:01 DÜNYA
-
Paşinyan: "Rusiya ilə münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz"
12.10.2026, 16:01 SİYASƏT
-
NAXÇIVAN NÜMAYƏNDƏLİYİNİN RƏHBƏRİ POSTUNA ŞOK TƏYİNAT - Rəhbər vəzifəsi kimə tapşırıldı? (FOTOLAR)
12.10.2026, 15:43 SİYASƏT
-
Prezident İlham Əliyev yeni qanunları imzalayıb
12.10.2026, 15:31 GÜNDƏM