Ermənilərin diplomatlara qarşı əsassız hücumu... - Musa Musayev yazır
SİYASƏT
Bugün, 13:25
Torpaqlarımız erməni işğalından azad etdikdən sonra Qarabağ və Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri həyata keçirilir. 30 illik işğal dövründə həmin ərazilər tamailə dağıdılıb, əsl vandalizm həyata keçirilib. Ona görə də, dövlətimiz üçün bu gün başlıca prioritet Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa işlərini ən yüksək səviyyədə həyata keçirməkdir.
Hazırda azad edilmiş dogma yurdlarımıza xarici qonaqlar da səfərlər edirlər. Eləcə də, ölkəmizdəki diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərləri təşkil olunur. Sentyabrın 11-12-də də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri baş tutub.
Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edib. Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olublar. Bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə 2020-ci ildən etibarən sayca 22-ci səfəridir.
Lakin diplomatların Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri Ermənistanda ciddi “narahatlıq” doğurub. Belə ki, erməni mediasında və sosial şəbəkələrdə diplomatlar bu səfərə görə əsassız olaraq hədəfə alınırlar. Əlbəttə, bütün bunlar tamamilə qəbulolunmazdır. İlk növbədə, diplomatlar Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınan ərazilərinə səfər edib. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Diplomatların səfəri də bu faktı bir daha təsdiqləyir. Əslində, ermənilər narahat olmalıdırlar ki, xarici diplomatlar onların 30 il işğal altında saxladığı torpaqlarımızda necə vandalizm törətdiklərinin şahidi olurlar.
Tarixin saxtalaşdırlması isə ermənilər üçün bir “ənənədir”. Son günlər erməni mediasında diplomatların ziyarət etdiyi məbədlərin də guya ermənilərə məxsus olduğunu iddia edirlər. Amma necə ola bilər ki, Ermənistan Gəncəsər və Xudavəngi erməni irsi kimi təqdim edir, lakin öz ərazisində Azərbaycan tarixi-mədəni irsinin mövcudluğunu inkar edir. Əslində, belə narrativ formalaşdırılır ki, guya Azərbaycan ərazisində tarixən ermənilər yaşayıb, lakin müasir Ermənistan ərazisində azərbaycanlılar yaşamayıb. Bu, özlüyündə rasist yanaşmadır. Ermənilərdən fərqli olaraq Azərbaycanın ərazisindəki bütün tarixi və mədəni abidələr Azərbaycan dövlətinə və xalqına məxsusdur, dövlət tərəfindən bütün məsuliyyəti ilə qorunur.
Görünən odur ki, erməni cəmiyyətinin daxilindəki revanşist qüvvələr yalnız müxalifəti təmsil etmir. Proseslər də göstərir ki, yayılan bu məlumatlar və kampaniya arxasında Ermənistan hakimiyyəti dayanır. Belə ki, mətbuatda və sosial şəbəkələrdə bir çox paylaşımlar və yazılar məhz hakim partiyaya yaxın resurslarda yayılıb. Bütün bunlar rəsmi İrəvanın sülh prosesində bir daha qeyri-səmimi olduğunu nümayiş etdirir. Əslində, 44 günlük müharibə başa çatandan sonra Ermənistan hakimiyyəti xarici havadarlarının dəstəyi ilə regionda gərginliyi saxlamağa çalışır və bu məqsədlə Qarabağ separatçılarını silahlandırırdı. 2023-cü ildən sonra isə Paşinyan hakimiyyətinin sadəcə olaraq sülhə getməkdən başqa yolu qalmamışdı. Yəni Ermənistan məğlub olunaraq sülhə məcbur edilib.
Bu gün Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyil. Ermənilərin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır. Beynəlxalq birlik bu məsələdə öz mövqeyini ortaya qoymalıdır. Xalqımızın zəngin irsinin min illərlə yaşadığı torpaqlardan silinməsi cəhdi yolverilməzdir.
Musa MUSAYEV,
YAP Təftiş Komissiyasının üzvü
Mənbə: yeniazerbaycan.com
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycanda internet tarifləri artırılır
Bugün, 14:19 İQTİSADİYYAT
-
"Kurtlar Vadisi Pusu" serialı ilə bağlı istintaq başladıldı - FETÖ ilə əlaqə araşdırılır
Bugün, 14:08 MƏDƏNİYYƏT
-
Havvaxanım Rüstəmovaya hökm oxundu
Bugün, 13:36 KRİMİNAL
-
Ermənilərin diplomatlara qarşı əsassız hücumu... - Musa Musayev yazır
Bugün, 13:25 SİYASƏT
-
"Formula 1" üzrə dünya çempionatının təqvimini açıqlanıb
Bugün, 13:13 DÜNYA
-
Gələn ilin büdcə layihələri Nazirlər Kabinetinə təqdim olunub
Bugün, 13:07 İQTİSADİYYAT
-
İSRAİL QƏZZANI 2 MİLYONLUQ FƏLƏSTİNLİLƏRDƏN BOŞALTMAĞA HAZIRLAŞIR - Nazir "əhatəli hücum an məsələsidir" anonsunu verdi
Bugün, 12:58 DÜNYA
-
ABŞ ordusu yanacaq qaçaqmalçılarına qarşı əməlyyat keçrdi - Tanker batırıldı
Bugün, 12:58 DÜNYA
-
Cavid Qurbanovun əmisi oğlu nədə ittiham olundu? - Məhkəmə hökm çıxardı
Bugün, 12:41 KRİMİNAL
-
Sabah yağış yağacaq
Bugün, 12:31 CƏMİYYƏT
-
İdxal rüsumlarının artırılması yerli şərab istehsalını nə qədər qoruyacaq? - Samir İsmayıldan açıqlamalar
Bugün, 12:25 İQTİSADİYYAT
-
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında - FOTOLAR
Bugün, 12:12 GÜNDƏM
-
Mourinyo: "Arda Gülər vazkeçilməz deyil"
Bugün, 12:00 İDMAN
-
Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib - MƏTN
Bugün, 11:53 GÜNDƏM
-
İsa Həbibbəylidən Ramiz Mehdiyevlə bağlı - Açıqlama
Bugün, 11:53 SİYASƏT
-
Tramp gözlənilməz zərbə aldı - 7 Respublikaçı İrana hücumu bloklayan qərara "hə" dedi
Bugün, 11:39 GÜNDƏM
-
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Siyahı
Bugün, 11:32 GÜNDƏM
-
Lionel Messi bu matçla milli komanda ilə vidalaşacaq
Bugün, 11:22 İDMAN
-
DAHA BİR QHT SƏDRİNƏ HÖKM OXUNDU
Bugün, 11:17 SİYASƏT
-
Gürcüstan Azərbaycana yeni səfir təyin etdi
Bugün, 11:12 SİYASƏT
-
ETN-dən növbəti əmr: məktəblərdə tədris planları təsdiqlənib
Bugün, 11:06 GÜNDƏM
-
Adil Rzayev baş həkim təyin olundu
Bugün, 11:00 CƏMİYYƏT
-
Daha bir neçə bələdiyyənin adı dəyişir - DETALLAR
Bugün, 11:00 CƏMİYYƏT
-
Partiya sədri istintaqa ifadəsindən danışdı: "İcra başçısı, nazir, nazir müavini olanlar qalıb qıraqda, mən..."
Bugün, 10:47 SİYASƏT
-
Məkkəyə dron hücumu: Səudiyyə Husiləri ittiham edir, qruplaşma isə bu ittihamı təxribat sayır
Bugün, 10:25 GÜNDƏM
-
"Azərbaycan–BƏƏ strateji tərəfdaşlığının, o cümlədən..." - Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
Bugün, 09:56 PRESS
-
Azərbaycan neftinin qiyməti 128 dolları keçdi
Bugün, 09:23 İQTİSADİYYAT
-
LeoBank indi də jurnalistə kələk gəlib: "Heç vaxt getmədiyim və alış-veriş etmədiyim "Ramstore"də..." - "Bu xidmətdən uzaq durun!"
Bugün, 09:07 İQTİSADİYYAT
-
ABŞ-ın həmləsi Rusiya və Çini "ayağa qaldırdı" - Kosmosda silahlanma yarışı başlayacaq, yoxsa...?
Bugün, 09:01 GÜNDƏM
-
Prezidentin köməkçisi Əbu-Dabidə görüş keçirib - Açıqlama
Bugün, 01:31 SİYASƏT
-
RUSİYA BU ÖLKƏNİN HELİKOPTERİNƏ ATƏŞ AÇDI, GƏRGİNLİK YARANDI - NATO və Avropa İttifaqından Moskvaya ard-arda sərt xəbərdarlıqlar
Bugün, 00:29 GÜNDƏM
-
"Trabzonspor" bu baş məşqçi ilə anlaşdı
Bugün, 00:25 İDMAN
-
Yaponiyanın yeni PUA-sı dənizdə yoxa çıxıb
Bugün, 00:15 DÜNYA
-
Mərhum jurnalistin 8 il əvvəlki sözləri gündəmə gəldi - "Bir gün gələcək "Kurtlar Vadisi"ni ssenarisini uyazanlar mühakimə olunacaq" - Bəs Şaşmaz nə deyir?
Bugün, 00:07 MƏDƏNİYYƏT