Avropa İttifaqından Kanadaya jest - "Assosiativ üzv" statusu təklif  olunub

Avropa İttifaqından Kanadaya jest - \"Assosiativ üzv\" statusu təklif  olunub

DÜNYA

Bugün, 14:57

50 ildən çoxdur Türkiyəni qapıda gözlədən Avropa  İttifaqı (Aİ) Kanadaya qapılarını açmağa hazır olduğunun mesajını verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Aİ Komissiyasının sədri Ursula fon der Leyen Strasburqda keçirilən Avropa Parlamentinin (AP) plenar iclasında açıqlama verib.

O bildirib ki, Kanada ilə münasibətlər daha da yaxınlaşmalıdır.

Kanadanın Baş naziri Mark Karninin də qatıldığı iclasda fon der Leyen Avropa ilə Kanada arasında mədəni, tarixi və insani əlaqələrin güclü olduğunu vurğulayıb və tərəflər arasında mal ticarətinin 10 ildən az müddətdə 75 faiz artdığını qeyd edib: "Avropa və Kanadanın süni intellekt, iqlim dəyişikliyi, Arktika və geosiyasət mövzularında oxşar yanaşmalara sahibdir. Eyni zamanda, Ukrayna, müdafiə, vacib xammal və təchizat zəncirləri sahələrində birgə çalışırıq. Əlbəttə, Aİ və Kanada arasındakı münasibətlər daha yüksəlməlidir. Bunun üçün Kanadanın Aİ-nin ilk assosiativ üzvü olması üçün yol açacağıq"

Samir MUSAYEV

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR