DÖVLƏTİN və SUYUN QARŞISINDAKI ƏNGƏLLƏR: Qorxmaz Hüseynov, Əhməd Əhmədzadə, yoxsa...
25-07-2020 [09:24]
Ötən gün Prezident İlham Əliyevin yanında keçirilən su təsərrüfatının vəziyyəti ilə bağlı müşavirədə ölkə başçısı «Azərsu» rəhbəri Qorxmaz Hüseynovun fəaliyyətini tənqid edib.
“AzPolitika.info” xəbər verir ki, içməli su sahəsində yaranmış problemlərlə bağlı məruzə edən Qorxmaz Hüseynov yaranmış çətinlikləri yeni evlərin tikintisi ilə əlaqələndirib.
Bu vaxt ölkə başçısı “Azərsu” sədrinə xatırladıb ki, indiyədək ona verilən məlumatlarda su təchizatı ilə bağlı layihələrdə əhalinin say artımının və ümumilikdə vəziyyətin 2030-cu ilədək nəzərə alındığı bildirilib. Lakin indi yeni evlərin tikintisi və əhali artımı kimi bəhanələr gətirilir.
“Azərsu” rəhbəri isə izah edib ki, su ehtiyatları nəzərə alınıb, söhbət infrastrukturdan gedir. Və yeni evlərin yerləşdiyi ərazilərin su təchizatı ilə bağlı infrastruktur xərcləri layihələrdə nəzərə alınmayıb. Odur ki, yeni investisiya xərclərinə ehtiyac var. Bu məsələnin vaxtında qaldırılmalı olduğunu deyən Prezident, müvafiq tədbirlər görülməsi üçün hökumət üzvlərinə tapşırıqlar verib.
Bundan sonra ölkə başçısı “Azərsu” sədrindən Neftçaladakı vəziyyətlə bağlı maraqlanaraq, rayonun nə vaxt normal su təchizatının təmin olunacağını soruşub.
Prezident İlham Əliyev: Yəni, nə vaxt Neftçala şəhəri və o kəndlər, nə vaxt o məsələ həll olunacaq? Vətəndaşlar bunu eşitmək istəyir.
Qorxmaz Hüseynov: Cənab Prezident, noyabr ayında biz içməli suyu şəhərin özündə və şəhər şəbəkəsindən qidalanan qəsəbələrdə mövcud şəbəkəyə bağlayacağıq. Amma həmin kəndlərə xətlərin çəkilməsi üçün əlavə vəsait ayrılması üçün biz təklif hazırlayacağıq.
Prezident İlham Əliyev: Bəs, noyabr ayına qədər məsələ necə həll olunacaq?
Qorxmaz Hüseynov: Yalnız maşınlarla, indiki vəziyyətdə suyu biz qismən veririk ki, texniki məqsədlərə istifadə edilsin.
Prezident İlham Əliyev: Zeynal Nağdəliyev, məlumat verin, bu maşınlarla ki, deyir, suyu çatdırırıq, bu, kifayət edir şəhərə? Bu haqda məlumatınız var?
Zeynal Nağdəliyev: Cənab Prezident, ümumiyyətlə, məlumat belədir ki, su qıtlığı var.
Prezident İlham Əliyev: Mən bilirəm su qıtlığı var. Deyirəm, Qorxmaz Hüseynov deyir ki, maşınlarla çatdırırıq, su ilə təmin edirik. Mən soruşuram, doğrudan belədir, yoxsa yox?
Zeynal Nağdəliyev: Su verilir, amma icazə verin, cənab Prezident, araşdırım Sizə məruzə edim.
Bu üçtərəfli dialoqda diqqət çəkən məqamlardan biri Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyevin Neftçaladakı vəziyyətlə bağlı ölkə başçısının verdiyi suala cavabıdır: “Cənab Prezident, ümumiyyətlə, məlumat belədir ki, su qıtlığı var”.
Demək olar yay girəndən Neftçalada ciddi su problemi yarandığını mətbuat, sosial şəbəkələr yazır, mütəxəssislər səsləndirir, nəhayət, elə sözügedən müşavirədə Prezident az qala yarım saat Qorxmaz Hüseynovla bu məsələni müzakirə edir. Z.Nağdəliyev isə guya yeni, heç kimin bilmədiyi bir “sirrin” üstünü açaraq, “ümumiyyətlə, məlumat belədir ki, su qıtlığı var” deyir. Yəni ölkə başçısı da qeyd etdiyi kimi, Prezident də daxil olmaqla, Azərbaycanda Neftçalada su qıtlığının yarandığını bilməyən adam yoxdur. Və vəziyyətlə bağlı bu “dahiyanə” cavabı vermək üçün Prezident Administrasiyasında iri bir vəzifə tutmağa, yüksək mənsəb sahibi olmağa ehtiyac yoxdur.
Söhbət 2005-ci ildən Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Prezident Administrasiyası rəhbərinin müavini, Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi kimi vəzifələr daşıyan Z.Nağdəliyevin bütün ölkənin diqqət mərkəzində olan və ən aktual problemlərdən birinə çevrilən Neftçaladakı vəziyyətdən nə dərəcədə xəbərdar olmasından gedir. Nağdəliyev isə yuxarıda qeyd edilən cavabı ilə göstərdi ki, problemin detallarından, əhalinin durumundan demək olar tam xəbərsizdir. Bilmir ki, rayonda nə baş verir, oraya doğrudan da su daşınırmı və əgər daşınırsa da bu, əhalinin tələbatını nə dərəcədə ödəyir və sair. Hansı ki, daşıdığı vəzifə ondan bu problemdən hamıdan daha çox məlumatlı olmasını tələb edir.
Ancaq şöbə müdirinin açıq etiraf etdiyi kimi, vəziyyətdən xəbəri yoxdur. Bu durumu görəndən sonra Prezident Administrasiyasına ünvanladıqları şikayət məktublarının, qaldırdıqları problemlərin lazımınca araşdırılmamasından gileylənən vətəndaşları anlamaq daha asan olur/.
Azpolitko.info-nun yazısına əlavə olaraq, onu da qeyd edək ki, həmin müşavirədə Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadə də tənqid hədəfi olub. Prezident hətta açılış nitqində onu və Qorxmaz Hüseynovu "havadan götürülən rəqəmlər"lə qiymət şişirməkdə ittiham edib.
Bu və ya digər məqamlar isə o qənaəti yaradır ki, qısa zaman ərzində verilən tapşırıqları layiqincə yerinə yetirə bilməsələr, o zaman Q.Hüseynov, Əhməd Əhmədzadə və digər cavabdeh şəxslərin də karyerasına son veriləcək.
Mia.az
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov