Gürcüstan XİN başçısından Azərbaycan-Ermənistan sərhədindəki gərgnliklə bağlı - Bəyanat

img

16-07-2020 [17:11]


“Gürcüstan Azərbaycan-Ermənistan sərhədindəki prosesləri fəal olaraq izləyir”.

Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani “Birinci kanala” müsahibəsində deyib.

Nazir bildirib ki, sərhəddə döyüş əməliyyatları dərhal dayandırılmalı və tərəflər barışığa nail olmalıdırlar.

D.Zalkalianinin sözlərinə görə, Ermənistan və Azərbaycan hərbi əməliyyatlardan öncəki vəziyyətə qayıtmalıdır: “Gürcüstan qonşu ölkələr arasında gələcək eskalasiyada maraqlı deyil. Tərəflər iyulun 14-dək mövcud olan vəziyyətə qayıtmalıdır”.

XİN başçısı qeyd edib ki, ilk dəfədir münaqişə Dağlıq Qarabağdan kənarda – Ermənistan-Azərbaycan sərhədi yaxınlığında baş verir: “Beynəlxalq ictimaiyyətin bu prosesə fəal cəlb olunması, ilk növbədə, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin aktivləşdirilməsi və münaqişənin həlli üçün əsas olan bütün beynəlxalq mexanizmlərin işə salınması tələb olunur”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR