MN: Düşmən ərazisində Azərbaycan Ordusunun ölən və yaralanan hərbçisi qalmayıb

img

16-07-2020 [14:26]


Azərbaycan Müdafiə Nazirliyi düşmənin daha bir məlumatını təkzib edib. 

"Report" xəbər verir ki, nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan tərəfinin “ölən və yaralananların götürülməsinə icazə verəcəkləri barədə” dediklərinin yalan olduğunu bildirib.

"Erməni xislətinə tam uyğun gələn bu fikirlər həqiqətə uyğun deyil və heç bir əsası yoxdur. Bildiririk ki, düşmən ərazisində Azərbaycan Ordusunun heç bir ölən və yaralanan hərbi qulluqçusu yoxdur ki, buna görə də kimdənsə icazə istənilsin", - MN rəsmisi vurğulayıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA