AÇG və "Şahdəniz"dən 540 milyon tondan çox neft və kondensat hasil edilib

img

09-07-2020 [10:10]


"Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokundan (AÇG) və "Şahdəniz" qaz-kondensat yatağından yataqları istismara veriləndən 1 iyul tarixinədək ümumilikdə 541,2 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən Mia.az-a verilən məlumata görə, hesabat dövrü AÇG-dən 512,6 mln. ton, "Şahdəniz"dən isə 28,6 mln. ton kondensat hasil edilib.

Məlumata əsasən, AÇG və "Şahdəniz" yataqları istismara veriləndən 2020-ci ilin 1 iyul tarixinədək 541,1 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA