Daha bir rayonda toy mərasimi dayandırıldı - Bəy polis şöbəsinə aparıldı + FOTOLAR

img

07-07-2020 [10:36]


Astara Rayon Polis Şöbəsinə şəhər sakini Elçin Şiriyevin oğluna toy mərasimi təşkil etməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mia.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları sözügedən ünvana gələrək toy mərasimini dayandırıblar.

Bəy Azad Şirizadə və digər qonaqlar saxlanılaraq polis şöbəsinə gətiriliblər. Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub.

E.Şiriyev barəsində toplanmış materiallar məhkəməyə göndərilib, karantin rejiminin tələblərini pozduqları üçün 7 nəfər barəsində isə protokol tərtib edilərək cərimə olunublar.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA