Yunus Oğuz "Olaylar" qəzeti və eyni adlı informasiya agentliyini satışa çıxardı: "Alan varmı?"

Yunus Oğuz "Olaylar" qəzeti və eyni adlı informasiya agentliyini satışa çıxardı: "Alan varmı?"

PRESS

04.07.2020, 23:47

"Olaylar" qəzeti və eyni adlı agentlik satışa çıxarılıb.

Mia.az xəbər verir ki, bu barədə qəzetin təsisçisi və Baş redaktoru Yunus Oğuz açıqlama yayıb.

O, sosial şəbəkədəki hesabında belə yazıb: "25 yaşı olan "Olaylar" qəzetini və "Olaylar" informasiya agentliyini satıram. Alan varmı?"

Xatırladaq ki, KİVDF-nin bu gün yardım ayırdığı 18 qəzetin arasında "Olaylar" da var.

Fond siyahıda rəqəmləri açıqlamasa da, Mia.az-ın əldə etdiyi məlumata görə, "Olaylar"a hər ay üçün 5 min manat ayrılıb: "Qəzet bu vəsaitlə həftədə bir dəfə nəşr olunmalıdır". 

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR