Deputatın ağzını kim yumub?..

img

21-10-2013 [00:15]


Rusiya yenə özünü şimal ayısı kimi apardı. Yeqor Şerbakovu qətlə yetirməkdə təqsirli bilinən Azərbay-can vətəndaşı Orxan Zeynalovun təhqiramiz formada Rusiya Daxili işlər nazirinin kabinetinə aparılması bu yekəpər dövlətin cılızlığından xəbər verir. İmperiya ambissiyası nəhəng Rusiyanı uçurumun bir addımlığına yuvarlayıb...
Azərbaycan ictimaiyyəti Orxan Zeynalova qarşı zorakılığa təpki göstərməkdə haqlıdır. Azərbaycanın Ru-siyadakı səfiri Polad Bülbüloğlunun soydaşımızın həbsinə verdiyi reaksiya da normaldır. Polad müəllim düz deyir, adi cinayət hadisəsinə görə minlərlə miqrantın çalışdığı bazarı qapatmaq səfehlikdir. Miqrantlar olmadan yaşamağın mümkünsüzlüyünü çox keçmədən Rusiya rəsmiləri də dərk edəcəklər. İndi 19-cu deyil, 21-ci əsrdir. Bunu kimsə Rusiyanın hakim elitasına başa salmalıdır.
Məni ən çox narahat edən məqam Azərbaycanda yaşayan rus icmasının Moskvada baş verən hadisələ-rə seyrçi qalmasıdır. Müxbirimiz son iki gündə bir neçə dəfə rus icmasının Bakıdakı qərargahına zəng edib. Amma nə Mixail Zabelini, nə də onun müavinini yerində tapa bilib. Müxbirimizə gələn həftənin axırında zəng etməyi məsləhət görüblər. Naçar qaldığımız üçün əməkdaşımızı Bakıda fəaliyyət göstərən rus kilsələrinə göndərdik. O, bir gündə iki kilsəyə baş çəksə də, rus millətindən olan din xadimlərinin mövqeyini öyrənə bilmədi. Halbuki zorakılığa qarşı çıxmaq ilk növbədə din xadimlərinin vəzifəsidir.
Bütün dini kitablar insanları zülmə boyun əyməməyə çağırır. Bəs, rus millətindən olan din xadimləri Kremlin Orxan Zeynalovla bu cür davranmasına niyə göz yumurlar? Axı, Orxan Azərbaycan vətəndaşıdır. Rusiyada azərbaycanlılara qarşı hücumların total xarakter aldığı belə həssas məqamda rus millətin-dən olan din xadimlərinin vətəndaş mövqeyi sərgiləməsi yaxşı nümunə olmazdımı? Bu iradım həm də Azərbaycan cəmiyyətində üstün mövqe tutan rus əsilli ziyalılara aiddir. Rus əsilli elm, mədəniyyət, incə-sənət xadimləri Kremlin bu qanunsuzluğuna etiraz etməliydilər. Axı, onlar rus polisi tərəfindən təhqir olunan Orxan Zeynalovla eyni ölkənin vətəndaşlarıdır. Bəs, vətəndaşlıq mövqeyi harda qaldı?
Orxan Zeynalovun adı ətrafında yaranmış qalmaqal zamanı özünü ən pis aparan rus əsilli Azərbaycan zi-yalılarının başında deputat Mixail Zabelin gəlir. Cənab Zabelin Azərbaycan parlamentində Qaradağ rayo-nundan olan seçiciləri təmsil edir. Hər beş ildən bir Qaradağda yaşayan qohumlarımı məcbur edirlər ki, bu adama səs versinlər. Amma Mixail Zabelin Rusiya-Azərbaycan münasibətləri gərginləşəndə bir dəfə də vətəndaşı olduğu dövlətin mövqeyindən çıxış etməyib. Ekstremal situasiya yarananda sanki hansısa gözəgörünməz əl bu adamın ağzını yumur. Çox istərdim ki, Zabelini zorla deputat eləyən adamlar 2015-ci ildə bu amili nəzərə alsınlar. Həlledici məqamlarda bir dəfə belə ağzını açmayan bu adamı Azərbaycan xalqına məxsus olan naz-nemətlə bəsləməyə ehtiyac yoxdur...

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq