"Əvvəl iş var idi, hər ay kreditimi ödəyirdim..." - Müğənni banklara "üsyan" etdi

img

02-07-2020 [11:03]


Müğənni Səidə Sultan kreditini ödəyə bilmədiyini deyib.

Sosial şəbəkədə canlı yayım açan ifaçı pulu ödəyə bilmədiyini, bankın ona güzəştə getmədiyini deyib:

"Əvvəl iş var idi, hər ay kreditimi ödəyirdim. Hər ay 530 manat kredit verməliyəm, ödəyə bilmirəm. Bezdiriblər... Getdim banka, dözə bilmirdim. Az qalsın dava edəcəkdim. Deyirəm ki, vaxt verin, sentyabra qədər dondurun. İşim açılanda verəcəm. Deyirlər ki, olmaz, elə şey yoxdur". 

Xanım müğənni borcunu verə bilməsə maşınının əlindən alınacağını da qeyd edib: "Qələt edib banka girdim. Kimə müraciət edim, kim üçün ağlayım. Uzağı adıma bir maşın var, gəlib əlimdən alacaqlar"/Yenisabah


Digər xəbərlər
SON XƏBƏRLƏR