Britaniyanın Baş Naziri İsrailə çağırış etdi: "İordan çayının qərb sahilini ilhaq etməyin"
01-07-2020 [13:42]
Böyük Britaniyanın Baş Naziri Boris Conson İsraili İordan çayının qərb sahilini ilhaq etməməyə çağırıb.
Baş Nazir "ynetnews.com" saytında dərc olunan məqaləsində bildirib ki, ölkəsi hər zaman İsrailin başqa ölkələr kimi sülh və təhlükəsizlik şəraitində yaşaya bilmək hüququnu dəstəkləyib.
“Birləşmiş Krallığın Baş Naziri olduğum müddətdə İsrailin təhlükəsizliyinə dair öhdəliyimiz sarsılmaz olaraq qalacaq. Bununla belə, Fələstin ərazisini ilhaq etmək təkliflərini təəssüflə izlədim. İsrailin əbədi dostu və tərəfdaşı olaraq, bu təkliflərin İsrailin sərhədlərinin təhlükəsizliyini təmin etmək baxımından uğursuz və uzunmüddətli maraqlara zidd olacağından narahatam. İlhaq İsrailin ərəb və müsəlman dünyası ilə əlaqələrinin yaxşılaşdırılması istiqamətində qazandığı irəliləyişi təhlükə altında qoyacaq. Heç vaxt bugünkü qədər əmin olmamışam ki, İsrailin maraqları ərəb dünyasındakı ən yaxın tərəfdaşlarımızın maraqları ilə üst-üstə düşür, xüsusilə də ortaq təhdidlərə qarşı potensial təhlükəsizlik sahəsində əməkdaşlıqda”, - deyə Britaniyanın Baş Naziri vurğulayıb.
B. Conson ilhaqın ərəb dünyası ilə əməkdaşlıq fürsətlərini məhdudlaşdıracağını qeyd edib: "Həm israillilər, həm də fələstinlilər üçün ədaləti təmin edən bir nəticə görmək istəyirəm. Britaniya BMT-də tez-tez İsraili əsassız tənqidlərdən müdafiə edənlərdən ibarət azlıqda durur. Ancaq ilhaq beynəlxalq hüquq pozuntusudur. Bu həm də İsrail barədə köhnə hekayələri əbədiləşdirmək istəyənlər üçün bir hədiyyə olacaq. Mən çox ümid edirəm ki, ilhaq davam etməyəcək. Bu baş versə, Böyük Britaniya hər iki tərəfin də razılaşdırdığı 1967-ci il sərhədlərinə edilən hər hansı bir dəyişikliyi tanımayacaq. Bir çox israilli kimi, mən də sülh danışıqlarının uğursuzluqla nəticələndiyinə görə məyusam. Hər iki tərəfin yaşadığı məyusluğu başa düşsəm də, hazırda bu enerjini bir daha masaya qayıtmaq və həll yolu tapmağa çalışmaq üçün istifadə etməliyik. Bu, hər iki tərəfdən güzəşt tələb edəcək. Davamlı sülhün əldə olunması istiqamətində çətinliklərə qeyri-ciddi yanaşmıram. Bunun üçün çox səy göstərilib, İshaq Rabin də daxil olmaqla, çoxları bədəl ödəyib. Ancaq yenə də inanıram ki, yəhudi xalqının vətəni olan İsrail üçün həqiqi, davamlı təhlükəsizliyə nail olmağın yeganə yolu həm israillilər, həm də fələstinlilər üçün ədalət və təhlükəsizliyi təmin edən həll yolu ilə mümkündür. Bunun qeyri-mümkün olduğuna inanmıram”.
APA
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var