Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub

img

18-03-2026 [12:26]


Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ölkənin hava məkanında bir ballistik raket və 15 dronun vurulduğunu açıqladı.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, açıqlamada Səudiyyə Ərəbistanının cənub-şərqindəki Əl-Xarc əyalətinə doğru ballistik raket aşkar edildiyi və raketin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi bildirilir.

Məlumatda bildirilib ki, hava hücumundan müdafiə raketinin bəzi parçaları Şahzadə Sultan hava bazasının yaxınlığında düşüb, lakin heç bir zərər vurmayıb.

Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi hücum təhlükəsi səbəbindən Əl-Xarc əyalətində alarm səsləri eşidildiyini açıqlayıb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA