Ceyhun Bayramovla Abbas Əraqçi ikitərəfli məsələləri müzakirə ediblər

img

17-03-2026 [22:30]


İran və Azərbaycanın xarici işlər nazirləri arasında telefon danışığı olub.

Bu barədə "Khabar Fouri" məlumat yayıb.

Bildirilib ki, Abbas Əraqçi ilə Ceyhun Bayramov bölgədəki son hadisələr və ikitərəfli münasibətləri müzakirə ediblər.

A. Əraqçi bildirib ki, ABŞ və İsrailin hücumları beynəlxalq hüquqa ziddir. "İranın müdafiə tədbirləri yalnız təcavüzkarlara, eləcə də hücum üçün istifadə olunan baza və obyektlərə yönəlib",- Əraqçi qeyd edib.

Söhbət zamanı bəzi ikitərəfli məsələlər ətrafında da müzakirə aparılıb və mövcud şəraitdə istənilən anlaşılmazlığın aradan qaldırılması üçün iki ölkə arasında sıx məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA