Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər

img

17-03-2026 [17:42]


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Polşanın baş nazirinin müavini, xarici işlər naziri Radoslav Sikorski Yaxın Şərq və Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər.

XİN rəhbərləri bu gün telefon danışığı aparıblar.

Söhbət zamanı R.Sikorski martın əvvəlində İrandan Azərbaycan ərazisinə həyata keçirilən dron hücumunu pisləyib və beynəlxalq hüququn bu cür pozulmasının yolverilməz olduğunu bildirib.

"Nazirlər, həmçinin Yaxın Şərqdə və Cənubi Qafqazda təhlükəsizlik sahəsindəki vəziyyəti müzakirə edib, eləcə də davam edən münaqişənin mümkün siyasi və iqtisadi nəticələrini nəzərdən keçiriblər", - Polşa XİN-dən bildirilib.

Azərbaycan XİN-in yaydığı məlumata əsasən isə, Polşa naziri ölkəsinin diplomatlarının və vətəndaşlarının İran ərazisindən təxliyəsinə göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib.

Telefon danışığı zamanı həmçinin Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, alternativ enerji, humanitar və digər sahələrdə münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və siyasi dialoqun intensivləşdirilməsinin əhəmiyyəti qeyd olunub./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA