"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi

"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi

İDMAN

17.03.2026, 23:10

Türkiyə Super liqasının 27-ci həftəsində "Fənərbağça" evində "Qaziantepspor"la qarşılaşdı.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyun "Fənərbağça"nın 4:1 hesablı qələbəsi ilə bitib.

İstanbul təmsilçisinin heyətində Dorqeles Nene (41, 68, 79) het-trik edib, digər qolu Nqolo Kante (59) vurub.

"Qaziantepsor"da isə Aleksandru Maksim (52) vurub

Xatırladaq ki, liqa cədvəlinə 64 xalla "Qalatasaray" ən üst sıradadır.

60 xalı olan "Fənərbağça" ikinci, "Trabzonspor" isə 57 xalla üçüncüdür.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR