Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"

img

18-03-2026 [11:21]


Türkiyə Super Liqasının 27-ci həftəsində "Qaziantep"i qəbul edən və 4-1 hesabı ilə qalib gələn "Fənərbağça"nın baş məşqçisi Domenico Tedesco matçdan sonra açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bu sözlərə yer verib:

"Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq. Səhv etmirəmsə, 40 oyun keçirmişik. Bunlardan 30-31-də adi sistemimiz olan 4-3-3 sistemi ilə oynadıq. Bu gün həmin köklərə qayıtmağa çalışdıq. 9-10 matçda sistemləri dəyişdirməyə çalışdıq. Səbəb zədələr və matçlar zamanı yaranan vəziyyət idi. Bir mərkəz müdafiəçiniz varsa, üç nəfərlik müdafiə ilə oynayırsınız. Son bir neçə həftə bizim üçün çətin keçdi. Deyə bilərəm ki, Nene ilk dəfə tam şəkildə geri döndü, çünki ağrı ilə oynayırdı. Taliscanın geri dönüşü vacibdir."

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA