Masallıda maskalı şəxslər mənzilə basqın etdi - Ev sahibinə xəsarət yetirilib

img

30-06-2020 [10:19]


Masallıda maskalı şəxslər mənzilə basqın edib.

Mia.az APA-ya istinadla bildirir ki, rayonun İsi kəndində yaşayan 1955-ci il təvəllüdlü Fəxrəddin Əhədov iyunun 29-da Masallı rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək həmin gün 03 radələrində yaşadığı evə maskada 3 nəfərin daxil olduğunu bildirib. Maskalı şəxslər ona hədə-qorxu gələrək xəsarətlər yetirməklə 1500 manat pulunu alaraq qaçıblar.

Faktla bağlı Masallı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci(quldurluq) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA