Ruhaninin siyasi məsələlər üzrə müşaviri istefa verib

img

29-06-2020 [14:09]


İran Prezidenti Həsən Ruhaninin siyasi məsələlər üzrə müşaviri Həmid Əbutalibi istefa verib.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə H.Əbutalibi “Twitter” səhifəsində açıqlama yayıb.

Müşavir istefasının səbəbini açıqlamayıb.

Bildirilib ki, o,1957-ci ildə anadan olub. H.Əbutalibi 2017-ci ildən Həsən Ruhaninin siyasi məsələlər üzrə müşaviri vəzifəsində işləyib. O, əvvəllər İranın Belçika, Avstraliya və İtaliyada səfiri olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR