Baqajda Bakıdan çıxmaq istəyən iki nəfər saxlanılıb

img

29-06-2020 [10:23]


Sərnişinlərə görə 2 dəfə geri qaytarılan sürücü üçüncü dəfə onları baqajda keçirməyə cəhd edib. 

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Mia.az-a verilən məlumata görə, iyunun 28-i gecə saat 00:40 radələrində "Mercedes" markalı 99-GC-773 nömrəli avtomobilin sürücüsü Əsgərzadə Müşfiq Xasay oğlu maşının baqaj hissəsində Bakı şəhər sakinləri - Əliyev Murad Arif oğlunu və Şabanov Elşən Rövşən oğlunu Bakı-Şamaxı yolunda yerləşən karantin postundan rayon istiqamətinə keçirməyə cəhd edərkən BDYPİ-nin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılaraq barələrində inzibati tədbir görülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA