Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
06-06-2020 [00:03]
Qoç - bilik və bacarıqlarınızı nümayiş etdirməkdən çəkinməyin. Fərdiyyətçi olun, təkbaşına işləməyə çalışın. İmiclə eksperimentlər üçün əlverişli gündür.
Yaşamınızda köklü dəyişikliklər ola bilər. Yeniliklərdə fayda var.
Günün ikinci yarısında alış-veriş etmək olar.
Ailə məsələləri və şəxsi münasibətlərdəki problemi həll etmək üçün axşam saatları münasibdir. Hisslərinizi araşdırın. Yaxın gələcəklə bağlı planlarınzı və məqsədlərinizi dəqiqləşdirin.
Buğa - emosiyalara uymayın, düşünülməmiş addımlar atmayın. Bir qədər mühafizəkar olun. Eksperimentlər edəndə və ya riskli işə başlayanda təmkinli davranın.
Qohumlarla görüş xoş təəssüratlar bəxş edəcək. Ailəvi tədbirlərin təşkilatına yaradıcı yanaşın.
Günün ikinci yarısında maliyyə duyumu sizi aldatmasın. Pullarınızın qədrini bilin. Axşam saatlarında yeni informasiyalar və biliklər əldə edə bilərsiniz.
Əkizlər - məcaralara çox aludə olmayın. Aktiv olun. Çoxdan bəri planlaşdırdığınız işi həyata keçirmək üçün enerjili çalışın. Mühüm məsələlərin həllini ertələməyin.
Nə qədər paradoksal olsa da, praktiki psixologiya ilə bağlı məlumatların əldə edilməsi üçün əlverişli zamandır.
Günün ikinci yarısında fiziki işin xeyri var. Saatlar keçdikcə əhvalınız pisləşə bilər. İdmanla məşğul olmaq fikri sizi bədbinləşdirə bilər. Amma irəliləyin, süstlüyə qalib gəlin.
Axşam saatlarında gəzinti, açıq havada vaxt keçirmək səhhətiniz üçün xeyirlidir.
Xərçəng - öz işlərinizi yarımçıq qoyaraq başqalarının problemlərinin həllinə çox vaxt ayırmayın. Yaxın ətrafınızdakı insanlar sizdən sürəkli yardım istəsələr də, məntiqli davranmağı unutmayın. Bir qədər eqoizm maneələr yaratmaz.
Günün ikinci yarısında çətin vəziyyətə düşmüş insana yardım edin. Qayğıkeş, həssas olun. Rəğbət bəslədiyiniz insanla laqeyd davranmayın.
Şəxsi münasibətlərdə təşəbbüskar olun. Özünüzə əmin olmasanız, rəqiblər astagəllik və tərəddünüzdən mütləq yararlanacaqlar.
Axşam saatlarını dostlarla keçirin. İstirahət edin, əylənin. Kulinar eksperimentlər uğurlu olacaq.
Şir - rəğbət bəslədiyiniz, dəyər verdiyiniz insanlarla ünsiyyətdə sərinliyə yol verməyin. Onları diqqətlə dinləyin, nə istədiklərini anlamağa çalışın. Rəqiblər və ya düşmənlərlə münasibətlərdə təmkinli, ağıllı olun. Emosional davranış yalnız zərər verə bilər. Üstünlüklərinizi hisslərə qurban verməyin.
Günün ikinci yarısında ideyalarınızı təxirə salmadan reallaşdırın. Yaradıcılıq potensialınız yüksəkdir. Gözəlliyə can atın. Yaşamınızda dəyişikliklər etmək istəyirsinizsə, əlverişli zamandır.
Axşam saatlarında ifrat yorğunluq hiss etməyəcəksiniz.
Qız - uğurun sirri yaxın ətrafınızdakı insanlarla dil tapmaqdadır. Çalışdığınız, birgə fəaliyyətdə olduğunuz insanları aqressiv münasibətlə incitməyin. Rəqiblərdən birini müttəfiqə döndərə bilərsiniz.
Ailədəki münaqişəni həll etməyə, yaxınlarınızla ünsiyyətinizdəki problemləri həll etməyə çalışın.
Günün ikinci yarısında yaxşı xəbər alacaqsınız. Bu məlumata bütün ailə sevinəcək.
Qısamüddətli səfərlər və ya romantik görüşlər üçün əlverişli zamandır. Kommersiya fəaliyyətində irəliləyiş olacaq. Alış-verişdə bədxərclik etməyin.
Tərəzi - günün ilk yarısında mühüm və ya mürəkkəb işə başlamayın. Planlardan kənara çıxmayın, nəzərdə tutduğunuz işi yerinə yetirin. Fiziki və mənəvi resursları bərpa edin.
Yaşam potensialının səviyyəsi artır. Enerji axınını hiss edəcəksiniz.
Günün ikinci yarısında yeni layihə və ya işə başlamaq olar.
Qeyri-formal şəraitdə xoş görüş üçün münasib zamandır. Çoxdan bəri görmədiyiniz dostlar və ya tanışlarla görüşə bilərsiniz.
Bir zamanlar romantik əlaqədə olduğunuz insanla münasibəti bərpa edə bilərsiniz.
Əqrəb - birmənalı olmayan gündür. Çoxlu görüşlər olacaq. Təmaslar arasında əsla sevmədiyiniz, hətta nifrət etdiyiniz insanlarla ünsiyyət olacaq. Neqativ emosiyalarınızı nəzarətdə saxlayın. Hisslərinizin əsiri olmayın.
Günün ikinci yarısında ciddi problemlər, ağır fəsadlı olaylar olmayacaq. Kəskin məqamları aradan qaldırın, naqolay situasiyalardan çıxın.
Kosmetik prosedurlar üçün axşam saatları əlverişlidir. Normal istirahət etməyə çalışın.
Ailə üzvləri ilə qayğıkeş olun, səmimi davranın.
Oxatan - günün ilk yarısı uğurlu olacaq. Daha çox iş görmək üçün səhər saatlarından aktiv çalışmağa başlayın. Qəfil, amma xoş vizitlər ola bilər. Arzuladığınız məkana və ya tədbirə dəvət aba bilərsiniz. Zahiri görünüşünüzün yaxşı olmasına çalışın.
Günün ikinci yarısında mənfi emosiyaların təsiri güclənəcək. Psixoloji diskomfort hissi yaranacaq. Nigarançılıq, təlaş, narahatlıq ola bilər. Kiçik problemlərə kəskin reaksiya verməyin. Ən cüzi nöqsanlar sizi təbdən çıxarmasın.
Axşam saatlarında əhvalınız yüksələcək.
Oğlaq - çətin və təbəddülatlı gündür. Şərtlər o qədər də əlverişli deyil. Situasiyaya süni təkan verməyin, hadisələrin məcrasını dəyişməyə can atmayın. Yeni ideyalar var. Onlardan bəzilərinin reallaşması sizə yaxşı pul qazanmaq imkanı yaradacaq.
Günün ikinci yarısında işlərinizdə irəliləyişə nail olmaq üçün yaxın ətrafınızdakı insanların dəstəyindən yararlana bilərsiniz.
Axşam saatlarında aktiv istirahətə üstünlük verin. Təxəyyülünüzü işə salın. Sevdiyiniz insanı sevindirin.
Dolça - maraqlarınızı müdafiə edin. Azacıq təsirdən sonra geri çəkilməyin, məğlubiyyətə meylli olmayın. Mövqelərinizi sonadək müdafiə etsəniz, yaxın ətrafınızdakı insanların rəğbətini qazanacaqsınız. Fəqət ifrata varmayın. Ehtiyac yaranan zaman güzəştə getməyi bacarın. Bu gün sizinlə manipulyasiya etməyə çalışan adamlar var. Başqalarının məqsəd və istəklərinin oyuncağına çevrilməyin.
Günün ikinci yarısında özünüzə əmin davranın. Yaxşı əhval-ruhiyyə və nikbinlik mövqelərinizi daha da gücləndirə bilər. Yeni tanışlarla səmimi davranın.
Axşam saatlarında yaxşı təkliflər alacaqsınız.
Balıqlar - sakit, hətta bir qədər darıxdırıcı gündür. Hadisələr çox ləng cərəyan edir. Olayların ritmini bir qədər artırmaq cəhdləriniz uğursuzluğa düçar olacaq. Bu günə təyin etdiyiniz görüşlərin bəziləri təxirə salınacaq. Narahat olmayın. Yaşananlar mühüm işlərin gedişatına təsir etməyəcək.
Günün ikinci yarısında təşkilati məsələlərin axarına kənar təsirlərə və müdaxilələrə imkan verməyin. Öhdəsindən təkbaşına, müstəqil şəkildə gələ biləcəyiniz işlə məşğul olun.
Axşam saatlarında alış-verişdə çox pul xərcləməyin. Uzaq yoldan imtina edin.
Milli.Az
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı