ÜST-dən xəbərdarlıq: "Bayram etmək vaxtı deyil, ikinci dalğaya hazırlaşmalıyıq"

img

04-06-2020 [15:49]


“Payızda koronavirusun ikinci dalğasına hazırlaşmalıyıq”.

“RİA Novosti”nin xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə direktoru Hans Kluqe deyib.

“Biz ölkələrə müraciət edirik: Vəziyyət yaxşılaşır deyə, bunu bayram etmək vaxtı deyil, hazırlaşmaq vaxtıdır. Biz indi payıza hazırlaşmalıyıq!”, - deyə ÜST rəsmisi vurğulayıb.

O qeyd edib ki, hazırda əksər Avropa ölkələrində koronavirusla bağlı vəziyyət yaxşılaşır/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA