Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
28-05-2020 [00:05]
Qoç - günün hadisələri ilk baxışda göründüyü qədər önəmli və ciddi deyil. Problemləri ürəyinizə salmayın. Zahirən qəfil işgüzar təkliflər ala bilərsiniz. Onlar cazibədardır. Lakin çoxsaylı çətinliklər və az gəlir vəd edir. Ciddi fiziki iş, ağır əmək məsləhət deyil.
Günün ikinci yarısında səs-küylü, insanların gur olduqları yerlərə yollanmayın. Ən yaxın insanlarla ünsiyyətlə kifayətlənin.
Axşam saatlarında nagahani romantik etiraf istisna deyil.
Buğa - məqsədə doğru aparan yolda maneələr və sədlər yaransa da, geri çəkilməyin. Çətin olsa da, irəliləyin. Əhvalınız günün ilk yarısında pis olmasa da, sonradan pozula bilər. Xroniki ağrılardan birinin kəskinləşmə ehtimalı var.
Günün ikinci yarısında pullarınıza qənim kəsilməyin, bədxərclik etməyin. Qəfil gəlir əldə edə bilərsiniz. Yeni tanışlıqlar zamanıdır. Uzaqdan gəlmiş insanlarla aktiv ünsiyyətdə olun. İdeyalarınız pis deyil və ətrafınızdakı adamlar da bunu anlayırlar.
Əkizlər - peşəkar fəaliyyət müstəvisində eyni vaxtda bir neçə problemi həll etmək imkanı yaranıb. Həmkarlarınız və ya tərəfdaşınız bu problemlərin öhdəsindən gələ bilməyiblər. Uğurlarınız və irəliləyişləriniz barədə rəhbərliyə məlumat verməkdən çəkinməyin. Karyera müstəvisində irəliləyin.
Günün ikinci yarısı alış-veriş, sövdələşmələr və anlaşmalar üçün sərfəli zamandır.
Uzaq səfərə yollanmaq məsləhət deyil. Belə "macəra" çox vaxt aparacaq, sizi yoracaq. Dəyərli əşyalar və mühüm sənədlərin itirilmə riski var. Diqqətli, ehtiyatlı olun.
Xərçəng - bu gün həll etmək məcburiyyətində qaldığınız məsələlər çətin, amma maraqlıdır. Həmin problemləri çözərkən faydalı təcrübə əldə etməklə yanaşı, maraqlı tanışlıqlara nail olacaqsıqnız. Seminar və ya konfransalara qatıla bilərsiniz. Yaxın ətrafınızdakı insanlar ideyalarınızla maraqlanacaqlar.
Günün ikinci yarısında iş yerini dəyişmək barədə fikri təhlil etmək olar. Bir zamanla həvəslə çalışdığınız yerə qayıdışınız istisna deyil.
Axşam saatlarında yeni tanışlıqlar istisna deyil. İmiclə ekspermentlər, qarderobun yenilənməsi ilə məşğul olmaq mümkündür.
Şir - problemlər yaratmasanız, pis gün deyil. Yeni layihələrin reallaşdırılması prosesində ehtiyatlı olun. Çoxdankı müttəfiqlərin sizi dəstəklədiklərinə, çətin anda qoyub getməyəcəklərinə əmin olandan sonra işləməyə başlayın. Kiçik xərclər istisna deyil. Maliyyə çətinlikləri olacaq. Onları qətiyyətlə, iradə ilə dəf edin.
Günün ikinci yarısında diqqəti cəlb etmək üçün orijinal və ekstravaqant addımlar atmayın. Belə addımların mümkün fəsadlarını düşünün. Ehtiyatlı və sərvaxt davranmadığınız üçün sonradan peşman qala bilərsiniz.
Qız - işlər çoxdur. Problemlərin tam əksəriyyəti təcili həll, təxirəsalınmaz müdaxilə tələb edir. Paradoksal situasiya yaranıb: nə qədər çox iş görsəniz, bir o qədər iş peyda olur. İşdə rəhbərlik qarşınızda sərt tələblər qoyacaq, ən kiçik səhvə görə ciddi tənqid edəcək. Bütün bunlar əhvalınızı korlayacaq.
Günün ikinci yarısında bir qədər məntiqli davransanız, anlayacaqsınız ki, bir sıra situasiyaların yaranmasının başlıca səbəbkarı elə özünüzsünüz.
Qəfil görüşlər, planlaşdırılmamış səfər ola bilər. Bütün bunlara görə planları dəyişməli, əyləncə və istirahətdən boyun qaçırmalı olacaqsınız.
Yaxınlarınız onlara yetərincə diqqət yetirmədiyiniz üçün inciyə bilərlər.
Tərəzi - əlverişli və uğurlu gün ola bilər. Emosional fon həddən artıq qeyri-stabil olduğundan əhvalınız adi günlərlə müqayisədə çox böyük sürətlə dəyişir. Bədbinliyə qapılmayın, nikbin hərəkət edin.
Yaxın ətrafınızdakı insanlar sizi anlamağa çətinlik çəkirlər. Situasiyada dəyişikliklər olmasa, münaqişə və ya mübahisə qaçılmazdır.
Baş verənləri anlamağa səy göstərin.
Günün ikinci yarısında müstəqil çalışmağa can atın. Hiss və emosiyalarınızın səbəblərini bildiyinizdən nəticələrini təxminləyin.
Problemlərin həllinə yaradıcı yanaşın. Öz yolunuzu axtarın, fərqli stildə işləyin. Amma başqalarının təcrübəsini də qulaqardına vurmayın. Yaşlı qohumların məsləhətlərinə qulaq asın.
Əqrəb - daha ciddi və böyük uğurlara nail ola bilərsiniz. Müstəqil fəaliyyət göstərməyə hazır olun. Çətinliklərlə qarşılaşsanız, yeni həmfikir, tərəfdaş tapmağa tələsin. Çoxdankı müttəfiqlər sizi dəstəkləməyəcəklər.
İdeyalarınız orijinal, maraqlı və faydalıdır. Onların həyata keçirilməsi isə bəlli çətinliklərlə bağlıdır.
Günün ikinci yarısında əhəmiyyətli məbləğdə gəlir əldə edə bilərsiniz. Alış-veriş, anlaşmalar, daşınmaz əmlakla bağlı sövdələşmələr üçün əlverişli zamandır.
Yaşlılarla münasibətlərinizin harmonik olmasına çalışın. Ünsiyyətdə maraqlı, xoş insan təsiri bağışlayın.
Oxatan - işgüzar danışıqlar, ünsiyyət, müzakirələr üçün yaxşı gündür. Ümumi maliyyə və əmlakla bağlı mübahisələrin yaranmasına imkan verməyin. Liderlik məziyyətlərinizi nümayiş etdirin. Qətiyyətli və iradəli olsanız, sizinlə birlikdə işləyərək məqsədə çatmağa can atacaq həmfikirlər komandası formalaşdıra bilərsiniz.
Günün ikinci yarısında sifariş və ya tapşırıq alsanız, fikirinizi bildirin. İzafi yerə, məqsədsiz çalışmayın.
Yaxınlarınızla ünsiyyət sizi sevindirəcək. Dostlarla görüş pis keçməyəcək. Həssas və qayğıkeş olun.
Oğlaq - dəstəyini almaq istədiyiniz insanlarla görüşün, danışıqlar aparın. İdeyalarınızı ən yaxşı halda həyata keçirməyə çalışın. Bilik və bacarıqlarınızı nümayiş etdirməkdən çəkinməyin. Niyyətiniz olarsa, yeni işgüzar tərəfdaşlar müttəfiq və dostlara çevrilə bilərlər.
Günün ikinci yarısında yeni tanışlıq və təmaslar istisna deyil. Hisslərlə emosiyalar işlərinizə mane olmasın. Təmasları harmonik etməyə çalışın.
Axşam saatları ailə üzvləri ilə birgə istirahət yaxşıdır. Belə istirahət əhvalınızı yaxşılaşdıra bilər.
Dolça - sonsuz söhbətlər zamanıdır. Onların bəzidəri xoş olsa da, əksəriyyəti mənasızdır. Tanışların bol vədlərinə inanmayın. Şərait uyğun olmadığı üçün bu vədlərlə təkliflər reallaşmayacaq.
Kiçik maliyyə itkiləri olacaq. Biznes və ya kommersiya ilə məşğulsunuzsa, gəlir gətirəcəyini düşündüyünüz layihə alınmaya bilər.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla dil tapmaq çətinləşir. Ağır problemlə üzləşmiş tanışınıza kömək edin.
Axşam saatlarını sakit istirahətə həsr edin. Qüvvələrinizin bərpasına xüsusi fikir verin.
Balıqlar - ideyalarınızı dilə gətirməkdən çəkinməyin, işlərdə təşəbbüskar olun. Çalışdığınız yerdə və kənarda həmfikir, yeni müttəfiqlər tapacağınıza şübhə etməyin. Layihələriniz nüfuzlu insanları maraqlandıra bilər. Onlar ideyalarınızdan birinə pul yatırmağa hazırdır.
Günün ikinci yarısında işgüzar təmaslarda diqqətli olun. Öhdəliklər və vədlər verməyə tələsməyin. Ən sərfəli şərtləri, uyğun situasiyanı gözləyin.
Səfər və ya səyahət uğurlu alınacaq. Axşam saatlarında gəzinti əhvalınızı yaxşılaşdıracaq. Nə qədər aktiv olsanız, yaşam potensialınızın səviyyəsi bir o qədər yüksək olacaq.
Milli.Az
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi
Xüsusi karantin rejiminin müddəti uzadıldı: quru sərhədləri bu tarixədək açılmayacaq - Əli Əsədov qərar verdi
Yaponiya ehtiyat neftini bazara çıxarmağa başlayır - Açıqlama
Səudiyyə Ərəbistanı: "İranın daha 64 dronu vurulub"
Nazir müavini: "Bu da "yaşıl elektrik enerjisi"ni Qazaxıstan və Özbəkistandan Azərbaycana, oradan isə..."
Xəzər dənizində zəlzələ olub
Dövlət Xidmətindən çağırışçılara xəbərdarlıq: "Hərbi xidmətdən boyun qaçıranlar..."
"Rasim Balayevin müalicəsi yekunlaşır" - Baba Vəziroğlu “Övladları ilə əlaqə saxlayıram deyir
İran XİN başçısı: "İnsanlar sadəcə Tramp əylənmək istədiyi üçün öldürülür" - "440 kiloqram nüvə materialı dağıntılar altında qalıb"
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Siyahı
QƏBUL İMTAHANLARININ TARİXLƏRİ AÇIQLANDI
"Abşeron" yatağında təbii qazın hasilatına başlanır