Gürcüstan 18 Azərbaycan vətəndaşını Hindistandan təxliyə edəcək

Gürcüstan 18 Azərbaycan vətəndaşını Hindistandan təxliyə edəcək

CƏMİYYƏT

27.05.2020, 12:27

Bu gün Gürcüstan 15 vətəndaşını Hindistandan xüsusi aviareyslə təxliyə edəcək.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Həmin reyslə 18 Azərbaycan vətəndaşı da Tbilisiyə çatdırılacaq.

Gürcüstan və Azərbaycan vətəndaşlarının təxliyəsi Hindistan hökumətinin dəstəyi ilə mümkün olub.

Vətəndaşlar Dehliyə Qoa, Racastan və Maxaraştrı şəhərlərindən Gürcüstanın Hindistandakı səfirliyinin təmin etdiyi avtobuslarla çatdırılıb/Report. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR