Zlatan İbrahimoviç məşqdə zədələnib

img

25-05-2020 [17:49]


İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç məşqdə zədələnib. 

Məlumata görə, 38 yaşlı hücumçu hazırlıq prosesinin sonlarında təkan vurduğu vaxt topuğunda ağrı hiss edib. Nəticədə o, dərhal meydanı tərk edib. 

İbrahimoviç bazadan sərbəst ayrılsa da, uzun müddətə sıradan çıxa bilər. Onun ilin əvvəlində aldığı zədəni yenilədiyi şübhələri var. Həmin xəsarət üzündən isveçli forvard bir neçə həftəni buraxmalı olmuşdu. 

İndi isə təcrübəli qolçunun axill vətərinə zərər yetirdiyi güman olunur. Dəqiq diaqnoz tibbi müayinədən sonra müəyyənləşəcək. 

Qeyd edək ki, Zlatan İbrahimoviç yanvarda "Milan"la sonradan 1 il uzadıla bilməsi şərti ilə 6 aylıq müqavilə bağlayıb/Report.  


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA