"Bəsdirin! Son qoyun qohumbazlığa..." - Afaq Bəşirqızı yenə "od püskürdü"
23-05-2020 [19:00]
Xalq artisti Afaq Bəşirqızı son günlər mədəniyyət sahəsində baş verən hadisələrlə bağlı açıqlama verib.
Sənətkar bildirib ki, baş verənlər ona çox pis təsir edib:
“Son günlər mədəniyyət sahəsində, Mədəniyyət Nazirliyində baş verən hadisələr mənə də çox pis təsir etdi, mütəəssir oldum. Nə Bəşir Səfəroğlu dönəmində – hərçənd ki, o vaxt uşaq olsam da, eşitdiyim hadisələr yadımda qalardı – nə də ondan sonrakı dövrdə belə şey olmamışdı. Gərək belə olmayaydı. Azərbaycanda “qızıl dişlər” çoxalıb, “qızıl əllər”ə isə möhtaclığımız var. “Qızıl əllər” yoxdur. Və o qızıl, təcrübəli əllər olmadığına görə biz o “qızıl dişlər”i ləğv edə bilmirik”.
Sənətkar Ağstafaya yeni icra başçısı təyin olunan Seymur Orucovun çıxışına da toxunub:
“Mənim Prezidentim təkdir, bəzən ona yalan məlumatlar verirlər. Ona təqdim olunan bəzi mütəxəssislər çox yararsızdırlar. Elə bu günlərdə Ağstafa kimi ziyalılar məskəninə – Ağstafa, Qazax, Tovuz istər elm, istər mədəniyyət sahəsində öndə gedən rayonlarımızdır, çox güclü mütəxəssislər yetişdirən diyardır – 1984-cü il təvəllüdlü bir uşağın təyin olunması və təyinatından az sonra o cür danışması yolverilməzdir. Ay uşaq, 1992-ci ildə sənin səkkiz yaşın var idi. Gərək sənə vəzifə təklif olunanda özün deyəydin ki, mən buna layiq deyiləm. Bəsdirin! Son qoyun qohumbazlığa. Bu, filankəsin qızıdır, bu, filankəsin oğludur. Uçurumun kənarındayıq.
Əlbəttə, siz bunu hiss edə bilməzsiniz. Niyə? Çünki sizin artıq dəniz qıraqlarında, çay qıraqlarında, meşələrdə, ormanlarda Azərbaycandan oğurladığınız pullarla gözəl villalarınız, şəraitiniz var. Uçurumun kənarında xalqdır, siz yox”.
Afaq Bəşirqızı mədəniyyət naziri kimi görmək istədiyi şəxs barədə bunları deyib:
“Mədəniyyət sahəsinə təyin olunan adam mütləq mədəniyyəti, onun içini bilməli, mədəniyyət xadimlərini tanımalı, musiqi, teatr kimi sahələrə bələd olmalıdır. Beynəlxalq əlaqələr də çox vacibdir. Azərbaycan mətbəxinin, musiqi alətlərinin, dünyaya tanıdılmasında bu şöbənin böyük rolu olmalıdır.
Mənim 65 yaşım var, ağbirçəyəm və hər halda həmin şöbədə çalışanlara övladım kimi müraciət etməyə haqqım var. O uşaqlara təşəkkürümü bildirirəm və halal olsun deyirəm. Kino və teatr sahəsi bərbad vəziyyətdədir. Ora elə insan təyin edilməlidir ki, ətrafına dəyərli mütəxəssislər yığa bilsin. Hansı ki o mütəxəssislər çox böyük zərbə ilə dağıdılıblar, pərən-pərən salınıblar.
Bəziləri lazımsız yerlərdə oturdulublar. Bir konsepsiya yazılmalı və o konsepsiya ilə hərəkət edilməlidir.
Cənab prezident, Sizdən çox xahiş edirəm, bura kiminsə bacısı oğlunu, qohumunu göndərməyin. Amanın bir günüdür!
Bəlkə, ora atası fəhlə, anası kolxozçu təyin edilə bilər. Amma balası gözəl mütəxəssisdirsə, niyə də təyin olunmasın? Gözəl mütəxəssislər var ki, şadlıq saraylarında ofisiant işləyirlər.
Soruşular bilər ki, siz bu posta kimi namizəd görürsünüz. Mən Afaq Bəşirqızıyam və sözümü yüz ölçüb bir biçən adamam. Bizim incəsənət sahəmizdə fərqlənən sahələr, məsələn teatr, musiqi ansamblları var. Onları yaşadan mütəxəssislər də öz yerində. Lakin onların hamısı nazir postuna layiq deyillər. Belə insanların nazir təyin olunması onların yaradıcılığının qarşısını alar. Mənim özümün bir fikrim var və bu, illərin təcrübəsidir. Sumqayıt teatrında15 il işləmişəm və o teatr heç vaxt bina görməyib.
Mən 1989-cu ildə Bakıya – Musiqili Teatra Polad Bülbüloğlunun köçürməsiylə dəvət olunandan sonra da orayla sıx əlaqə saxlayırdım. Vaqif Əliyevin Sumqayıta icra başçısına təyin olunandan sonra onun teatra insanlara göstərdiyi misilsiz xidmət də yadımdadır. Aktyorların evlə təmin olunması, fəxri adlar və sair bunları danmaq olmaz. Amma halbuki o teatrda işlədiyim 15 il ərzində cəmi 3 nəfər – mən, Hicran Mehbalıyev və Valeh Kərimov fəxri ad almışdıq. Amma Vaqif müəllim şəhərə rəhbər təyin olunandan sonra teatra evlər verildi, bina verildi və bütün bunlar Vaqif Əliyevin zəhməti idi.
Mən bu postda Vaqif Əliyevi və Qənirə Paşayevanı görərdim. Qənirə Paşayevanın da işgüzarlığı, insanlara olan münasibəti göz önündədir”.
Afaq Bəşirqızı bildirib ki, mədəniyyət sahəsinə rəhbərlik edən qeyri-ixtisas sahibləri də uzaqlaşdırılmalıdır: “Ora kiminsə qohumu qoyulsa, o, qeyri-ixtiyari hansısa mafiozları yığacaq və onlar da bu sahəni sağacaqlar. Birinci növbədə bioloqlar, tarixçilər, fizika riyaziyyat mütəxəssisləri mütləq yığışdırılmalıdır və ora mütəxəssislər cəlb oilunmalı və yeni konsepsiya qurulmalıdır. Bu, mənium fikrimdir. Və siz bilirsiniz ki, mədəniyyət qurumlarından biriylə çox böyük mübarizə aparıram. Və bu mübarizədə düşmən qazanmışam, nankorluq görmüşəm.
Öz sabahımı, adımı, təqaüdümü fikirləşməmişəm. Amma özünü, adını, təqaüdünü, yeni tikilən binada evini düşünənlər mənə düşmən kəsiliblər. Onlar bilmirlər ki, mən qayayam, süni göldə yaradılan günbəz deyiləm. Öz ambissiyama görə sabahını satan vicdansız deyiləm.
Cənab Prezident, mən sizi çox sevirəm, hər zaman da sevəcəyəm. Siz ön cəbhədəsiniz, arxa cəbhədə isə mənim kimi vicdanlı insanlar var və biz sizin yanınızdayıq”/Ölkə.az
Kreml: "finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub
Regionda geosiyasi transformasiya və Türk dünyasının tarixi məsuliyyəti - Professor yazır
Bakı metrosunda daha bir qadın maşinist kimi fəaliyyətə başlayıb
Jurnalist Nicat Novruzoğlu vəfat edib
Bir nömrəli səfərbərlik nədir? - MN izah verdi
ABŞ İRANIN YERALTI BAZASINI VURDU - FOTO
Daha bir vəkil Vəkillər Kollegiyasından xaric edilib
İran Tel-Əvivi yeni silahı ilə vurub - FOTOLAR
Qara dənizdə zəlzələ olub - 4 bal gücündə
Müğənni qəzada dünyasını dəyişdi
İstanbulda "xərac" tələb edən kriminal şəxslər saxlanıldı
İsrail və ABŞ-ın İrana hücumu: son 24 saatda nələr baş verdi?