Azərbaycanlı hakimlər koronavirusla bağlı testdən keçirilib

img

15-05-2020 [11:55]


Azərbaycan Premyer Liqası oyunlarına təyinat alan hakimlər koronavirus (COVID-19) testi veriblər. 

Məlumata görə, onlar milli assosiasiyanın təşkilatçılığı ilə AFFA Futbol Akademiyasında yoxlamadan keçiblər. Ədalət təmsilçilərindən qan analizi götürülüb və temperaturları yoxlanılıb. 

Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. Peşəkar Futbol Liqası daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma karantin rejiminin mayın 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR